"Mətbuat nizamnaməsi"nin 90 illiyinə həsr olunmuş "dəyirmi masa"
Oktyabrın 30-da Azərbaycan
Mətbuat Şurasında
(AMŞ) Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) parlamenti
tərəfindən qəbul
edilmiş "Mətbuat
nizamnaməsi"nin
90 illiyi ilə bağlı "dəyirmi
masa" keçirilmişdir.
AMŞ-nin
sədri Əflatun Amaşov AXC parlamentinin 1919-cu ilin
oktyabrında keçirilmiş iclaslarında yeddi
günlük müzakirələrdən sonra qəbul
edilmiş və olduqca mükəmməl hazırlanmış
bu tarixi sənəd barədə məlumat vermişdir. Sənədə əsasən
KİV-lər üzərində
senzura ləğv olunmuşdur. Qəzetlərlə
bağlı bütün
problemlər isə məhkəmə vasitəsilə
nizama salınmalı idi.
Tədbirdə çıxış
edənlər - Bakı
Dövlət Universitetinin
professorları Şamil
Vəliyev və Cahangir Məmmədli,
"Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və başqaları 24 maddə
və 2 fəsildən
ibarət "Mətbuat
nizamnaməsi"nin tarixi rolundan danışmışlar. Bildirilmişdir
ki, bu sənəd
Azərbaycanda XX əsr
söz və fikir azadlığının
əsasını qoymuşdur.
Təklif olunmuşdur
ki, milli mətbuatımıza dair ilk qanun olan
"Mətbuat nizamnaməsi"
şərhlərlə birlikdə
kütləvi informasiya
vasitələrində çap
edilsin.
Azərbaycan.- 2009.- 31oktyabr.- S. 4.