Saçın yolan xan çinarlar

 

Avropada ən böyük çinar meşəliyi Zəngilan rayonunun ərazisində yerləşirdi. 1974-cü ilin iyulundan Bəsitçay Dövlət Təbiət qoruğuna çevrilən meşə 107 hektardan artıq ərazini əhatə edir, sahəsinin böyüklüyünə görə Avropada birinci, dünyada ikinci yeri tuturdu. Onların bir növü - Şərq çinarı ya barmaqyarpaqlı çinar növüdür ki, bu növ çinarlara təbii meşə halında Yer kürəsinin üç yerində - Türkiyədə (Anadoluda), Azərbaycanda (Zəngilanda) Aralıq dənizi sahillərində rast gəlinir.

 

Zəngilan rayonunun Mincivan qəsəbəsində Araz çayının sol sahilində "Ocaq çinar" deyilən, müqəddəs sayılan bir çinar ağacı var. Deyilənə görə, yadelli düşmənlərə qarşı döyüşdə, bu ağacın yaxınlığında min nəfərə qədər gənc şəhid olmuşdur. Mincivan adı da şəhid olmuş "min cavan" sözü ilə bağlıdır. Tarixi çox qədim olan bu meşədəki çinar ağacı 800-1000 ilədək yaşayır. Bəsitçay qoruğundakı çinar ağaclarının boyu 35-10 metr, diametri 80-100 santimetrə çatırdı. Burada diametri 300 santimetr olan çinarlara da təsadüf olunurdu.

Bir neçə il bundan əvvəl Moskvada nəşr olunan "Armyanski vestnik" qəzetində bir məqalə dərc edilmişdi. Məqalədə göstərilir ki, Ermənistan kəşfiyyat idarəsinin göstərişi əsasında 1994-cü il aprelin 13- "Karatyan" adlı dörd nəfərlik iqtisadçı qrup Zəngilana göndərilib. Onlar Bəsitçay qoruğu digər ərazilər barədə "Zəngilan rayonunun geoiqtisadi durumu" adlı arayış hazırlayıblar. Həmin qrupdan olan O.Markaryan "İqtisadi düşüncələr" kitabında göstərir ki, bu zonalar haqqında məlumat toplayan polkovnik Boris Kapilyanla söhbət etdim dedim ki, bu torpaqlar gərəkli ola bilər.

Soruşdu ki, orada əkmək olar? Dedim ki, hər şey... gül, meyvə-tərəvəz, dənli bitkilər. Polkovnik əlini çiynimə qoyub dedi:

- Biz o torpaqları xaricilərə icarəyə verəcəyik. Bizim elə bir imkanımız yoxdur ki, orada əkin-biçin işləri aparaq...

Bəsitçay Dövlət qoruğunun indi demək olar ki, xeyli hissəsi sıradan çıxıb. Çinar ağacları qırılaraq hissə-hissə xarici şirkətlərə satılıb. 42 hektar sahənin ağacı xüsusi qurğulardan, kimyəvi-yuyucu məhlullardan keçirilərək toz halına salınıb. Ümumən hərbi sursatların qablaşdırılmasında istifadə olunub.

1998-ci ildə xaricə 100 dollardan 70 çinar satılıb, 110 çinar çıxarılaraq Göyçə (Sevan) gölünün ətəklərində, eləcə Yerevan şəhəri ərazisində əkilib. Araşdırmalardan o da məlum olub ki, Bəsitçay Dövlət qoruğu çinarlarının yaratdığı iqlim şəraiti vərəm viruslarını 19 saniyə ərzində məhv edir. Bəlkə bunun nəticəsidir ki, 1980-ci ildən 1990-cı ilədək bu regionda vərəmə tutulanların sayı cəmi 34 nəfər olub. Deyilənə görə, 1995-ci ilin martından 1997-ci ilin iyulunadək Bəsitçay ərazisində 89 nəfər erməni vərəmdən müalicə olunub.

Zəngilan rayonunun Vejnəli, Bartaz digər əraziləri indi nəzarətsiz kimsəsizdir. Başqa sözlə, babalarımızın vaxtilə göz bəbəyi kimi qoruduğu Çinar meşəsi yağıların əlində viranəyə çevrilməkdədir. Oqtay Zəngilanlının "Çinar meşəsinin harayı" adlı məqaləsində maraqlı bir fakta rast gəlinir. Tanınmış ziyalı, Bakı Dövlət Universitetinin Slavyan ölkələri tarixi kafedrasının müdiri Tofiq Vəliyev 1974-1975-ci illərdə Leninqrad Dövlət Arxivində işlədiyi zaman Azərbaycan bəylərinin, xanlarının zadəganlarının girov qoyduqları yaxud satmaq istədikləri mülklər haqqında diqqətçəkən materiallara rast gəldiyini bildirmişdi. Həmin materiallarda göstərilir ki, o zaman bu işlə əsasən "Kəndli Torpaq Bankı" "Zadəgan Torpaq Bankı" kimi kommersiya bankları məşğul olurmuş. XIX əsrin ikinci yarısında bu banklar hər bir mülk haqqında müvafiq quberniyaların qubernatorları tərəfindən banka təqdim olunmuş dəqiq arayışları aldıqdan sonra məsələnin müzakirəsinə başlayırmışlar. Belə məsələlərlə bağlı müvafiq arayışlardan biri Yelizavetpol (Gəncə) - Zəngəzur qəzası tərəfindən mülk haqqında olan arayış bu mülkün sahibi general Həsən Ağalarovla bağlı idi. Bank tərəfindən general Ağalarova torpaq sahəsinin Çinar meşəsi daxil olmaqla, satılması ilə bağlı müraciət edilib. General Ağalarov sorğuya cavab olaraq mülkünü övladları arasında bölüşdürdüyünü, Çinar meşəsinin isə onun qızına məxsus olduğunu qızının əri ilə birlikdə Fransanın Paris şəhərində Rusiya səfirliyində çalışdığını bildirib. Ağalarov torpaq mülkünün Çinar meşəsinin satılmasına rədd cavabı verir. Sonradan generala Çinar meşəsinin bir hissəsinin parket çəllək düzəldilməsi üçün qırılmasına icazə verilməsi barədə yenidən müraciət edilir. Ağalarov bir daha bildirir ki, qızı buna razı olmayıb. Hətta qızı razılıq versəydi , çinarlardan birinin belə kəsilməsindən söhbət gedə bilməzdi.

Bir ağacın kəsilməsinə razı olmayan babalarımızın ruhu necə dinclik tapar? Artıq hektarlarla çinar meşəsi ermənilər tərəfindən vəhşicəsinə qırılıb. Amma azğın, mənfur düşmən qədər ağacı qırsa belə, bu ağacların, onların sahiblərinin kökləri çox dərin qatlara gedir - bu bəd əməlləri törədənlər gec-tez öz cəzalarına çatacaqlar.

 

Saçın yolan, xan çinarlar,

Boynun bükmə, can çinarlar.

Səni ağlar qoyan düşmən

Tökəcəkdi qan, çinarlar!

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 7.