İsveç qondarma "erməni
soyqırımı"nı
yenidən rədd edir
İsveçdə nəşr
olunan gündəlik
"Deens" qəzeti
ölkənin nüfuzlu
Sosial Demokrat Partiyasında ölkənin
tanınmış siyasətçilərindən
olan Klaas Nordmarkın rəhbərlik
etdiyi fraksiyanın qondarma "erməni soyqırımı"nı
bu yaxınlarda baş tutacaq toplantıda yenidən nəzərdən keçirməyi qərara alması barədə material dərc etmişdir. Qəzetin müxbiri Andreas Nisson bununla bağlı dərc etdirdiyi məqaləsində
fraksiyanın "soyqırımı"
tanıması istiqamətində
atdığı addımı
ölkə üçün
təhqiramiz bir hadisə adlandırmışdır.
Jurnalist hələ keçən il ölkə parlamentində
"soyqırımı" məsələsi müzakirə
olunarkən 245 deputatın
"soyqırımı"n tanınmasına "yox" dediyini, yalnız 37 parlament üzvünün onun lehinə səs verdiyini xatırlatmışdır.
Partiyada tanınmış
şəxsiyyətlərin bir neçəsinin "soyqırımı" tanımaq
barədə təkliflərinin
geniş müzakirələrə
səbəb olduğu
məqalədə öz
əksini tapmışdır.
Amma partiya rəhbərliyinin bu təklifin konqresdə müzakirəyə çıxarılmasından
tamamilə boyun qaçırdığı bildirilmişdir.
Təklifin əsas
müəllifi olan K.Nordmark etiraf etmişdir ki, rəhbərliyin "soyqırımı"
rədd etməsi onu və tərəfdarlarını
tamamilə çıxılmaz
vəziyyətdə qoymuşdur.
İsveçli deputat
öz təklifinə
aydınlıq gətirərək
bildirmişdir ki, o, keçən il Türkiyəyə səfər etmiş və "soyqırımı"
ilə bağlı məsələlərlə yaxından
tanış olmuşdur.
O, partiyada "soyqırımı" məsələsini
qaldırarkən heç
də onun tanınması məqsədini
güdmək istəmədiyini,
sadəcə olaraq, ətraflı öyrənildikdən
sonra bu məsələnin birdəfəlik
tarixdən yığışdırılmasını
istəyir.
İsveçdəki erməni icması məsələnin
belə şəkil almasından və İsveç hökumətinin
qondarma "erməni soyqırımı"nı
tanımamasından narazılıqlarını
ifadə etmişlər.
Əsgər Əliyev,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 7.