Almaniya Federativ Respublikasının Federal Kansleri zati-aliləri xanım Angela Merkelə

 

Hörmətli xanım Federal Kansler!

Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərin hərtərəfli inkişafı, dostluq əməkdaşlığımızın möhkəmləndirilməsi genişləndirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, səadət, dost Almaniya xalqının mənafeyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

 

 

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 31oktyabr.- S. 3.