Bakıda Dövlət Sərhəd Xidmətinin
"Sərhədçi" İdman Olimpiya Mərkəzinin açılışı
olmuşdur
Avqustun 31-də
Bakının Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin
(DSX) "Sərhədçi" İdman Olimpiya Mərkəzinin
açılışı olmuşdur.
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
mərasimdə iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Ali Baş Komandana raport verdi.
Sərhədçilərə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edən DSX-nin rəisi bildirdi ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzi 3 hektar ərazidə inşa olunmuşdur və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Mərkəz üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir. Ərazidə quraşdırılmış 4 ekran vasitəsilə mərkəzdə eyni vaxtda keçiriləcək ayrı-ayrı yarışlar nümayiş etdiriləcəkdir. Bu mərkəz respublikamızda son illərdə inşa olunan ən böyük və əzəmətli idman qurğularından biridir. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmişdir. Mərkəzin hasarları da memarlıq baxımından cəlbedicidir və ətrafla ümumi ansambl təşkil edir.
Köməkçi bina və qurğulara avtomobil dayanacağı, nəzarət-buraxılış məntəqələri, qazanxana, nasosxana, su anbarları, transformator yarımstansiyası və digər qurğular daxildir. Həm ərazidə, həm də binaların daxilində təhlükəsizliyin təmin olunması məqsədilə ən müasir avadanlıq quraşdırılmışdır.
Mərkəzdə İtaliya istehsalı olan panoramalı iki lift quraşdırılmışdır. İşıqlandırma və yanğından mühafizə sistemləri də mükəmməlliyi ilə seçilir. "Qaraçay" şirkəti tərəfindən aparılmış inşaat işləri zamanı yerli və xarici ölkələrin tikinti materiallarından istifadə olunmuşdur. Burada eyni vaxtda 32 idman növü ilə məşğul olmaq mümkündür.
Mərkəzin xidmətlərindən sərhədçilərlə yanaşı, "Sərhədçi" idman klubuna üzv olacaq soydaşlarımız da istifadə edəcəklər.
İdman mərkəzindən paralimpiyaçı idmançılarımız da yararlana biləcəklər.
Bu idman qurğusu üçün ən müasir tələblərə cavab verən avadanlıq alınaraq quraşdırılmışdır. Əsas məqsəd isə burada paytaxt sakinlərinin bədən tərbiyəsi və idmanla məşğul olmaları ilə yanaşı, beynəlxalq səviyyəli yarışların da təşkil olunmasıdır.
Dövlətimizin başçısı
mərkəzin açılışını
bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə
Prezident İlham Əliyevə baş plan əsasında İdman Olimpiya Mərkəzi barədə məlumat verildi. Qeyd olundu
ki, tikintisinə
2007-ci ildə başlanan
və qısa müddətdə başa
çatdırılan bu
idman qurğusunda 2500 nəfər tamaşaçı
tutumu olan universal zalla yanaşı, birinci mərtəbədə
hovuz, fitness salonu, idmanın ağır atletika, bədii gimnastika, müxtəlif döyüş növləri
üzrə məşq
zalları, məşqçilər
üçün otaqlar,
sauna, anbarlar və camaşırxana vardır.
Dövlətimizin başçısı
ağır atletika və trenajor zalında yaradılmış
şəraitlə
Prezident İlham Əliyevə məlumat verildi ki, mərkəzdəki universal zal xüsusi layihə əsasında inşa olunmuşdur. Burada bənzəri olmayan metal konstruksiyadan ibarət dayaqsız örtük tətbiq olunmuşdur. Bu günbəzin diametri 53 metr, çəkisi 360 tondur. Onun öz çəkisi ilə birlikdə yükgötürmə qabiliyyəti 900 tona çatır. Almaniya avadanlığı quraşdırılmış günbəz vasitəsilə bu zala avtomatik olaraq təbii hava da veriləcəkdir. Günbəzdə yerləşdirilmiş pəncərələr istənilən vaxt avtomatik qaydada açılacaq və bura təmiz hava daxil olacaqdır.
Mərkəzin ikinci mərtəbəsində kafe, güləş və Şərq döyüş növləri üzrə məşq zallarında, soyunub-geyinmə, məşqçilər və həkim heyəti üçün otaqlarda yaradılmış şərait xoş təəssürat doğurdu.
Üçüncü mərtəbədə komutator otağı, şahmat-dama, stolüstü tennis və bilyard zalları, konfrans salonu, muzey, fəxri qonaqlar üçün loja yerləşir.
Dövlətimizin başçısı
konfrans salonu və muzeylə
Universal zalla
tanışlıqdan sonra dövlətimizin
başçısı sərhədçiləri təbrik edərək
dedi:
- Salam sərhədçilər!
Mən sizin
hamınızı bu gözəl "Sərhədçi"
İdman Olimpiya Mərkəzinin açılışı
münasibətilə ürəkdən təbrik edirəm. Bu
gözəl idman qurğusu Azərbaycan xalqına xidmət edəcəkdir.
Ən gözəl, müasir üslubda, qısa müddət ərzində
tikilmiş bu idman mərkəzi, sözün əsl mənasında,
ən yüksək standartlara cavab verir. Burada müxtəlif
idman növləri ilə məşğul olmaq olar,
böyük, mötəbər beynəlxalq
yarışları keçirmək mümkün olacaqdır. Bir
sözlə, Azərbaycanın yeniləşən,
yaradılan müasir idman infrastrukturunun inkişafı işinə
bu "Sərhədçi" olimpiya mərkəzinin
çox böyük töhfəsi olacaqdır. Bildiyiniz kimi,
son illər ərzində Azərbaycanda idman infrastrukturu
çox sürətlə yaradılıb. Bizim çox
böyük idman qurğularımız vardır. Bu möhtəşəm
olimpiya mərkəzinin imkanları da bizə tam kifayət edəcəkdir.
Burada ən mötəbər idman yarışları
keçirmək mümkündür.
Azərbaycanda ən
böyük qapalı idman mərkəzi Heydər Əliyev
adına İdman-Konsert Kompleksidir. Onun tutumu 8 min yerdən ibarətdir.
Bu yaxınlarda Bakıda Gimnastika Kompleksinin təməl
daşı qoyulmuşdur. O kompleksin tutumu 6 min yer olacaqdır.
Burada isə 2500 yerə qədər tamaşaçı
iştirak edə bilər. Yəni, gələcəkdə Azərbaycanda
müxtəlif idman növləri üzrə mötəbər
beynəlxalq yarışları keçirmək
üçün bütün şərait vardır.
Burada məşqlər
çox ciddi təşkil edilməli, idman bölmələrində
uşaqlar, yeniyetmələr, gənc idmançılar öz
məharətlərini artırmalıdırlar. Eyni zamanda, Xətai
rayonunun və Bakının digər rayonlarının sakinləri
bu imkanlardan səmərəli istifadə etməlidirlər. Həm
məşq etmək, həm də idmanla məşğul olmaq
üçün burada gözəl idman qurğuları,
qapalı, açıq meydançalar, futbol
meydançası, üzgüçülük hovuzu,
döyüş idman növləri üçün zallar,
şahmat, stolüstü tennis zalları vardır. Yəni, demək
olar ki, burada bütün əsas idman növləri ilə məşğul
olmaq mümkün olacaqdır. Mən əminəm ki, bu mərkəzdə
öz peşəkarlığını artıran gənclər
gələcəkdə Azərbaycanın idman şöhrətini
yüksəldəcəklər.
Azərbaycan idman
dövlətidir, bizim böyük uğurlarımız
vardır. İdmançılarımız son Olimpiya
Oyunlarından böyük qələbə ilə Vətənə
qayıtmışlar. İdmançılarımız Olimpiya Oyunlarından
sonra müxtəlif beynəlxalq yarışlarda, o cümlədən
Avropa və dünya çempionatlarında, dünya kuboku
uğrunda yarışlarda böyük qələbələr
qazanmışlar. Bizim üçün ənənəvi olan
idman növləri üzrə böyük qələbələr
əldə edilir - güləş, boks. Eyni zamanda, ilk dəfə
tarixdə avarçəkmə üzrə dünya
çempionatında bizim idmançılarımız
qızıl, gümüş və bürünc medallar
qazanmışlar. Bu onu göstərir ki, Azərbaycanda idman hərtərəfli
inkişaf edir. Həm bizim üçün ənənəvi
olan idman növlərinə böyük diqqət göstərilir,
eyni zamanda, digər idman növləri də inkişaf edir. Mingəçevirdə
müasir və bütün MDB məkanında nadir avarçəkmə
bazası yaradılır. O da böyük bir mərkəzdir.
Burada həm beynəlxalq yarışları keçirmək
mümkün olacaqdır, həm də idmançılar məşq
edəcəklər. Azərbaycanda idman bundan sonra da sürətlə
inkişaf edəcəkdir. Əminəm ki, gələcək
beynəlxalq yarışlarda idmançılarımız Azərbaycanın
idman şöhrətini daim yüksəklərdə
saxlayacaqlar.
Bu İdman Olimpiya Mərkəzi
Sərhəd Xidməti tərəfindən yaradılıb. Sərhəd
Xidmətinin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün Azərbaycanda çox böyük işlər
görülübdür. Ən müasir avadanlıq,
döyüş texnikası alınıb, sərhəd
bazaları yaradılıb. Həm dəniz sərhədlərimiz
lazımi səviyyədə qorunur və yeni alınan texnika,
avadanlıq, hərbi bazalar bu məqsədi təmin edir, eyni
zamanda, digər yerlərdə, qonşu ölkələrlə
sərhədlərimiz lazımi səviyyədə qorunur. Çox
sevindiricidir ki, maddi-texniki bazanın möhkəmləndirilməsi
ilə yanaşı, sərhədçilərin asudə
vaxtlarının səmərəli keçirilməsi
üçün də lazımi tədbirlər
görülür. Bu gün gözəl idman mərkəzi
istifadəyə verilir. Bir sözlə, mən şübhə
etmirəm ki, sərhədçilər bundan sonra da Vətən
uğrunda öz dəyərli xidmətlərini göstərəcəklər.
Bir daha bütün idmançıları, bütün sərhədçiləri
bu gözəl, möhtəşəm olimpiya mərkəzinin
açılışı münasibətilə təbrik edirəm.
Sağ olun.
* * *
Dövlət Sərhəd
Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev təşəkkür
edərək dedi:
- Cənab Prezident, Sizin
yüksək etimadınızı Vətənimizə,
Prezidentimizə, xalqımıza xidmətimizlə
doğruldacağıq. Bu gün Azərbaycan sərhədçisi
də yaratdığınız böyük idman ailəsinə
daxil olur. Çalışacağıq ki, sərhədçi
idmançılarımız da bu yarışlarda yüksək
nəticələr əldə edərək göstəriş
və tapşırıqlarınızın icrasını
yüksək səviyyədə təmin etsinlər. Çox
sağ olun, cənab Prezident, minnətdarıq.
Prezident İlham Əliyev
sərhədçi idmançılarla və DSX-nin zabit heyəti
ilə xatirə şəkli çəkdirdi.
Dövlətimizin
başçısına "Sərhədçi"
atçılıq mərkəzini təmsil edən idman
atları haqqında da məlumat verildi.
Mərkəzdə
açıq meydança ilə tanış olan Ali Baş
Komandana məlumat verildi ki, burada basketbol, voleybol, həndbol və
tennis üzrə məşqlərin və müxtəlif səviyyəli
yarışların keçirilməsi nəzərdə
tutulur. Yarışları izləyəcək
tamaşaçılar üçün burada 1550 oturacaq
quraşdırılmışdır.
Tribunaların altında
idmançıların soyunub-geyinmələri, yuyunmaları
üçün hər cür şərait
yaradılmışdır.
Prezident İlham Əliyev
İdman Olimpiya Mərkəzinin yerləşdiyi Qara Qarayev
küçəsində aparılan abadlıq-quruculuq işləri
ilə maraqlandı, şəhərin bu hissəsinin
paytaxtın ümumi mənzərəsinə
uyğunlaşdırılması ilə bağlı
tapşırıq və tövsiyələrini verdi.
Ali Baş Komandan
daha sonra mehmanxanaya gəldi. Beşmərtəbəli mehmanxanada mebel
və digər məişət avadanlığı
ilə təmin olunmuş 32 otaq vardır. Burada kafe-restoran da
fəaliyyət göstərəcəkdir.
Sərhədçi idmançıların təlim-məşq prosesindən
və müxtəlif səviyyəli yarışlardan
sonra istirahəti üçün də burada hər cür şərait yaradılmışdır. Dövlətimizin başçısı
otaqlarda yaradılmış
şəraitlə
Prezident İlham Əliyev
üzgüçülük hovuzuna da baxdı. Məlumat
verildi ki, burada quraşdırılmış xüsusi
qurğular suyun temperaturunun sabit saxlanmasına nəzarət
edir. Eyni zamanda, hovuzdakı suyun daim yenilənməsi
üçün müvafiq qurğular da
quraşdırılmışdır.
Mərkəzdə
inşa olunmuş stadionla tanış olan dövlətimizin
başçısına məlumat verildi ki, yüksək
keyfiyyətli süni örtüklə örtülmüş
meydançada yeniyetmə idmançıların futbolun sirlərinə
yiyələnmələri üçün hər cür
şərait yaradılmışdır. Burada keçiriləcək
yarışları izləyəcək tamaşaçılar
üçün 1850 oturacaq
quraşdırılmışdır.
Yeniyetmə
futbolçularla görüşən Prezident İlham Əliyev
onlarla xatirə şəkli çəkdirdi, futbol topuna zərbə
endirdi.
Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd
Xidmətinin "Sərhədçi" İdman Olimpiya Mərkəzinin
ən yüksək tələblərə cavab verməsi
üçün görülmüş işlərdən
razılığını bildirdi, müvafiq tövsiyə və
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2009.-1
sentyabr.- S.1.