Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 2, maddə 82; 2001-ci il, ¹12, maddə 736; 2002-ci il, ¹ 3, maddə 116, ¹ 5, maddə 245; 2004-cü il, ¹2, maddələr 57, 58; 2005-ci il, ¹ 4, maddə 278; 2007-ci il, ¹ 8, maddə 752, ¹ 11, maddə 1079) aşağıdakı əlavə edilsin:

1. 14-cü maddənin beşinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə əks etdirən (yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) və ya əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir.".

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; ¹ 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, ¹2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605; ¹ 8, maddələr 699, 701, 711; ¹ 10, maddələr 884, 885; ¹ 11, maddə 956, 957; ¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹2, maddələr 36, 45, 49, 52, 53) 36.1-ci maddəsinin ikinci cümləsində "ətraf mühitin qorunması qaydaları," sözlərindən sonra "qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları," sözləri əlavə edilsin.

III. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹10, maddə 710; 2001-ci il, ¹ 9, maddə 576, ¹ 11, maddə 675; 2003-cü il, ¹ 1, maddə 16; 2005-ci il, ¹ 4, maddə 278, ¹8, maddə 684, ¹ 10, maddə 908; 2007-ci il, ¹ 11, maddələr 1049, 1053) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 1.4-cü maddədə "orqanlarına" sözündən sonra ", habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədilə yaradılan qurumlara" sözləri əlavə edilsin.

2. 2.2-ci maddədə "könüllü" sözü çıxarılsın.

3. 3.1-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.".

4. Aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:

"Maddə 3-1. Qeyri-hökumət təşkilatının rəmzləri

Qeyri-hökumət təşkilatı bayraq, emblem və sair rəmzlərə malik ola bilər. Təşkilatın rəmzləri Azərbaycan Respublikasının və xarici dövlətlərin dövlət rəmzləri, habelə dövlət orqanlarının, beynəlxalq təşkilatların və digər qurumların rəmzləri ilə eyni olmamalı, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir.".

5. 7.1-ci maddəyə aşağıdakı məzmunda ikinci-üçüncü cümlələr əlavə edilsin:

"Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir.".

6. 7.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar.

7. Aşağıdakı məzmunda 9.1-1-ci maddə əlavə edilsin:

"9.1-1. Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər.".

8. Aşağıdakı məzmunda 10.4-cü maddə əlavə edilsin:

"10.4. İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir.".

9. Aşağıdakı məzmunda 12.1-1-ci maddə əlavə edilsin:

"Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.".

10. Aşağıdakı məzmunda 12.3-cü maddə əlavə edilsin:

"12.3. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirilir.".

11. Aşağıdakı məzmunda 13.3-cü maddə əlavə edilsin:

"13.3. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.".

12. 24.0.2-ci maddədən "könüllü" sözü çıxarılsın və həmin maddədə "ianələri" sözündən əvvəl "könüllü" sözü əlavə edilsin.

13. Aşağıdakı məzmunda 29.4-cü maddə əlavə edilsin:

"29.4. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14. Aşağıdakı məzmunda 31.2-1-ci və 31.6-cı maddələr əlavə edilsin:

"31.2-1. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya yanlış məlumatların verilməsinə görə qeyri-hökumət təşkilatına xəbərdarlıq edilir.

31.6. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.".

IV. "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 6, maddə 366; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 12, maddə 706; 2003-cü il, ¹ 1, maddə 1) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 2-ci maddənin 3-cü bəndinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

"Dövlət büdcəsi vəsaiti hesabına verilmiş qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti donor həyata keçirir.".

2. 4-cü maddə üzrə:

2.1. 4-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim edilir.";

2.2. 5-ci bəndin birinci cümləsindən "bir qayda olaraq" sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 1 sentyabr.- S. 2.