Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin
normativ hüquqi əsaslarını təkmilləşdirmək
məqsədilə qərara alıram:
1. "Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"
təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin strukturu" təsdiq
edilsin (əlavə olunur).
3. Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin aparatının
işçilərinin say həddi 152 ştat vahidi, strukturuna
daxil olan qurumların işçilərinin say həddi 323
ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
4.1. qüvvədə
olan qanunvericilik aktlarının bu fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
4.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.3. bu fərmandan irəli
gələn digər məsələləri həll etsin.
5. "Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 799 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, № 10, maddə 595; 2008-ci il, № 11, maddə 970)
qüvvədən düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 1 sentyabr.- S. 2.