Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam
Abduqəniyeviç!
Milli bayramınız -
Müstəqillik Günü münasibətilə Sizi və
Sizin simanızda bütün xalqınızı şəxsən
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Əminəm ki, ortaq mənəvi
dəyərlərə malik xalqlarımızın iradəsinə
uyğun olaraq Azərbaycan-Özbəkistan dostluğunun,
dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi,
istər ikitərəfli qaydada, istərsə də beynəlxalq
qurumlar çərçivəsində əməkdaşlığımızın
genişləndirilməsi yolunda bundan sonra da ardıcıl səylər
göstərəcəyik.
Belə bir əlamətdar
gündə Sizə, hörmətli İslam Abduqəniyeviç,
möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə
uğurlar, dost Özbəkistan xalqına əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 1 sentyabr.- S. 2.