Liviya inqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı zati-aliləri cənab Müəmmər əl-Qəzzafiyə

 

Zati-aliləri!

Liviyanın milli bayramı - Böyük İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Liviya arasındakı dostluq münasibətləri əməkdaşlığımızın inkişaf etdirilməsi, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi üçün daim möhkəm təməl olacaqdır.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Liviya xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 1 sentyabr.- S. 2.