Slovakiya Respublikasının Prezidenti zati-aliləri cənab İvan Qaşparoviçə

 

Hörmətli cənab Prezident!

Milli bayramınız - Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı maraqlarımıza uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 1 sentyabr.- S. 2.