Mavritaniya İslam
Respublikasının Prezidenti
Zati-aliləri cənab Məhəmməd
Uld Əbdüləzizə
Hörmətli cənab
Prezident,
Mavritaniya İslam
Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan
ilə Mavritaniya arasındakı münasibətlər dostluq və
əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik, dost Mavritaniya
xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 31 avqust 2009
Azərbaycan.- 2009.-1
sentyabr.- S. 2.