Seul Milli Universitetinin kitabxanasında "Azərbaycan-Land of Fire" adlı bölmə açılmışdır

 

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü ilə reytinqinə görə Asiya dövlətləri arasında dördüncü, bu ölkədə isə birinci olan Seul Milli Universitetinin kitabxanasında Azərbaycanın xarici daxili siyasətini, iqtisadiyyatını, mədəniyyətini, turizm imkanlarını digər sahələri əks etdirən materiallardan ibarət "Azərbaycan-Land of Fire" adlı bölmə açılmışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti səfirliyə istinadən xəbər verir ki, hazırda universitet kitabxanasında Azərbaycan bölməsi ilə yanaşı, yalnız ABŞ-ın "Windows on America" adlı bölməsi fəaliyyət göstərir. Azərbaycan guşəsi səfirlik tərəfindən himayəyə götürülmüşdür mütəmadi surətdə yeni materiallarla təmin olunur. Səfirlik guşənin kitab fondunu zənginləşdirmək üçün Heydər Əliyev Fondu, Xarici İşlər Nazirliyi, Mədəniyyət Turizm Nazirliyi digər əlaqədar qurumların dəstəyindən istifadə edir.

Ümummilli lider Heydər Əliyevin siyasi həyat yolunu əks etdirən kitablar, ingilis Azərbaycan dillərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar Xocalı faciələri, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ədəbiyyatına dair kitab, jurnal, qəzet təbliğat xarakterli materiallar Koreya Respublikasının Parlament Kitabxanası, Xarici İşlər Ticarət Nazirliyi, Xarici İşlər Milli Təhlükəsizlik İnstitutu, Koreya Sülh İnstitutu İpək Yolu Fondu da daxil olmaqla, ölkənin iyirmidən çox əsas universitet tədqiqat institutlarının kitabxanalarında yerləşdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 1 sentyabr.- S. 2.