Avqustun 31-də Səudiyyə
Ərəbistanının Ər-Riyad şəhərində
İslam Dövlətləri İdman Həmrəylik Təşkilatının
6-cı Baş Assambleyası işə
başlamışdır.
Tədbirdə Azərbaycanı
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin
rəhbərlik etdiyi nümayəndə heyəti təmsil
edir.
Assambleyada bu ilin oktyabr
ayında İranda keçiriləcək ikinci İslam Həmrəylik
Oyunlarının təşkilatı məsələləri,
islam dövlətlərində idman sahəsində əməkdaşlıq
müzakirə olunacaq, təşkilatın ötən
dördillik müddət üçün hesabatı dinləniləcəkdir.
Bununla yanaşı, Baş
Assambleyada İslam Dövlətlərinin İdman Həmrəylik
Təşkilatının İcraiyyə Komitəsinin yeni
üzvləri və rəhbərliyi seçiləcəkdir.
Azərbaycan.- 2009.- 1 sentyabr.- S. 3.