Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan
Respublikasının ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin Dövlət reyestrinin aparılması və
onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 66)
aşağıdakı dəyişikliklər edilsin:
1. Qanunun adından və
I hissəsindən "və inzibati ərazi dairələrinin"
sözləri çıxarılsın.
2. Qanunla təsdiq
edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin
və inzibati ərazi dairələrinin Dövlət reyestrinin
aparılması və onlara şəhadətnamənin verilməsi
haqqında" Əsasnamədə aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
2.1. Əsasnamənin
adından "və inzibati ərazi dairələrinin"
sözləri çıxarılsın.
2.2. 1.3-cü bənd
1.4-cü bənd hesab edilsin və aşağıdakı məzmunda
1.3-cü bənd əlavə edilsin:
"1.3. Ərazi vahidlərinin
Dövlət reyestri - Azərbaycan Respublikasının ərazi
vahidlərinə və inzibati ərazi dairələrinə
dair sənədləşdirilmiş məlumatları əks
etdirən dövlət informasiya ehtiyatı mənbəyidir.".
2.3. 3.4.3-cü bənd
aşağıdakı redaksiyada verilsin:
"3.4.3. "Ərazi
quruluşu və inzibati ərazi bölgüsü
haqqında" Azərbaycan Respublikası Qanununun 13.3-cü
maddəsinə uyğun olaraq ərazi vahidinin və ya inzibati ərazi
dairəsinin xəritəsi (elektron daşıyıcıda və
kağız üzərində olmaqla, yerquruluşu sənədlər
qovluğu ilə birlikdə);".
2.4. 3.4.4-cü bənd
aşağıdakı redaksiyada verilsin:
"3.4.4. ərazi vahidlərinin
və ya inzibati ərazi dairələrinin qeydə
alınmasına, habelə onların barəsində müvafiq
dəyişikliklər edilməsinə dair müvafiq
qanunvericilik aktları.".
2.5. 4.1-ci bənddən
"paralel olaraq" sözləri çıxarılsın.
2.6. 4.1.1-ci bənddən
"(yazılı sənədlər)" sözləri
çıxarılsın və həmin bəndə
"üzərində" sözündən sonra
"(Dövlət reyestri kitabı və sənədlər
qovluğu)" sözləri əlavə edilsin.
2.7. 4.1.2-ci bənddə
"(disk, disket və s.)" sözləri "(Dövlət
reyestrinin elektron məlumat bazası)" sözləri ilə
əvəz edilsin.
2.8. 4.2-ci bənd
aşağıdakı redaksiyada verilsin:
"4.2. Dövlət
reyestrinin elektron məlumat bazasındakı məlumatlar məzmun
etibarilə kağız üzərində olan məlumatlarla
eyni olmalıdır. Dövlət reyestrinin elektron məlumat
bazası ilə kağız üzərində məlumatlar
arasında uyğunsuzluq olduqda, kağız üzərindəki
yazılar əsas götürülür.".
2.9.
Aşağıdakı məzmunda 4.3-cü bənd əlavə
edilsin:
"4.3. Dövlət
reyestrinə daxil edilmiş ərazi vahidlərinə və ya
inzibati ərazi dairələrinə dair məlumatlarla (adı
və statusu, mərkəzinin adı, qeydə alınma tarixi, ərazisi
(o cümlədən sərhədləri, döngə nöqtələri
və onların koordinatları) həmin ərazi vahidlərinə
və ya inzibati ərazi dairələrinə dair digər mənbələrdə
olan məlumatlar arasında ziddiyyət olduqda Dövlət
reyestrinin məlumatları əsas
götürülür.".
2.10. 5.3-cü bənddə
"möhürlənir" sözü "təsdiq
edilir" sözləri ilə əvəz edilsin.
2.11. 5.14-cü bənddə
"möhürlənir" sözü "möhürlə
təsdiq edilir" sözləri ilə əvəz edilsin.
2.12. 5.15-ci bənd aşağıdakı
redaksiyada verilsin:
"5.15. Dövlət
reyestrinin elektron məlumat bazasının aparılması ərazi
vahidlərinə və ya inzibati ərazi dairələrinə
dair məlumatların məlumat bazasına yalnız təsdiq
olunmuş sənədlər əsasında və operativ daxil
edilməsi, habelə etibarlı müdafiə sisteminin
yaradılması tələblərinə riayət olunmaqla həyata
keçirilir.".
2.13. 7.8-ci, 7.9-cu, 7.10-cu
və 7.11-ci bəndlər çıxarılsın.
2.14. VIII bölmə
aşağıdakı redaksiyada verilsin:
VIII. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin
Dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamənin
verilməsi
8.1. Müvafiq icra
hakimiyyəti orqanı mövcud ərazi vahidlərinin və
inzibati ərazi dairələrinin Dövlət reyestrinə
daxil edilməsi və onlara şəhadətnamənin verilməsi
üçün struktur bölmənin bu barədə məktubu
daxil olduğu gündən 60 gün ərzində
aşağıdakı sənədləri təqdim edir:
8.1.1. müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
ərazi vahidinin və ya inzibati ərazi dairəsinin elektron
daşıyıcıda (disk, disket və s.) və
kağız üzərində (iki nüsxədə) xəritəsi
(xəritənin əlavəsi olan yerquruluşu sənədlər
qovluğu ilə birlikdə);
8.1.2. müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
ərazi vahidlərinə və inzibati ərazi dairələrinə
verilmiş kodların siyahısı;
8.1.3. ərazi vahidi və
ya inzibati ərazi dairəsi barədə bu Əsasnamənin
3.4.1-ci bəndində nəzərdə tutulmuş məktub və
arayışlar.
8.2. Müvafiq icra
hakimiyyəti orqanı qeydə alınmış ərazi
vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət
reyestrinə daxil edilməsi və ya bu Əsasnamənin
6.4-cü, 6.5-ci, 6.6-cı, 6.7-ci, 6.8-ci, 6.9-cu və 6.10-cu bəndlərinə
uyğun olaraq Dövlət reyestrində onlara dair müvafiq
qeydlərin aparılması və şəhadətnamənin
verilməsi üçün struktur bölmənin bu barədə
məktubu daxil olduğu gündən 30 gün ərzində
aşağıdakı sənədləri təqdim edir:
8.2.1. müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
ərazi vahidinin və ya inzibati ərazi dairəsinin elektron
daşıyıcıda (disk, disket və s.) və
kağız üzərində (iki nüsxədə) xəritəsi
(xəritənin əlavəsi olan yerquruluşu sənədlər
qovluğu ilə birlikdə);
8.2.2. müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
ərazi vahidlərinə və inzibati ərazi dairələrinə
verilmiş kodların siyahısı;
8.2.3. ərazi vahidi və
ya inzibati ərazi dairəsi barədə bu Əsasnamənin
3.4.1-ci bəndində nəzərdə tutulmuş məktub və
arayışlar, habelə ərazi vahidinə və ya inzibati ərazi
dairəsinə əvvəl verilmiş şəhadətnamə.
8.3. Ərazi vahidlərinin
və inzibati ərazi dairələrinin şəhadətnaməsi
Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən
imzalanır və Azərbaycan Respublikası Milli Məclisinin
möhürü ilə təsdiq edilir.
8.4. Bu Əsasnamənin
8.1.1-ci və 8.2.1-ci bəndlərinə uyğun olaraq təqdim
edilən ərazi vahidinin və ya inzibati ərazi dairəsinin
xəritəsi struktur bölmənin rəhbəri tərəfindən
imzalanır və möhürlə təsdiq edilir.
8.5. Şəhadətnamənin
əsli, o cümlədən xəritənin bir nüsxəsi
müvafiq ərazi vahidinə və ya inzibati ərazi dairəsinə
verilir.
8.6. Bu Əsasnamənin
5.12-ci bəndinə uyğun olaraq şəhadətnamənin
surəti, o cümlədən ərazi vahidinin və ya inzibati
ərazi dairəsinin elektron daşıyıcıda və
kağız üzərində xəritəsinin bir nüsxəsi
sənədlər qovluğuna tikilir.
8.7. Ərazi vahidlərinə
və ya inzibati ərazi dairələrinə verilmiş şəhadətnamə
və ya xəritə məhv olduqda, yararsız hala
düşdükdə və ya itirildikdə müvafiq icra
hakimiyyəti orqanının müraciəti əsasında
onlara yeni şəhadətnamə və ya xəritənin surəti
verilir.".
2.15.
Aşağıdakı məzmunda XI və XII bölmələr
əlavə edilsin:
XI. Dövlət reyestrinin açıqlığı
Qanunvericiliklə nəzərdə
tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə
əlaqədar dövlət orqanlarına və bələdiyyələrə
onların müraciəti əsasında Dövlət reyestrinə
daxil edilmiş ərazi vahidləri və inzibati ərazi dairələri
barədə məlumat, habelə onların xəritələrinin
surəti verilir.
XII. Bu Əsasnamənin pozulmasına görə məsuliyyət
Dövlət reyestrinə
daxil edilməsi üçün müvafiq icra hakimiyyəti
orqanları tərəfindən təqdim edilən sənədlərdə
və xəritələrdə natamam və ya təhrif
olunmuş məlumatların göstərilməsində və
bu cür məlumatların Dövlət reyestrinə daxil edilməsində
təqsirkar şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət
daşıyırlar.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 2 sentyabr.- S. 2.