Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minsin.

Maddə 3. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, ¹ 13, maddə 121) qüvvədən düşmüş hesab edilsin.

Maddə 4. Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1982-ci il iyulun 8-dən etibarən qəbul olunmuş aşağıdakı qanunlar (onların müvafiq hissələri) və digər normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilsin:

4.1. "Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 oktyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984-cü il, ¹ 19, maddə 157);

4.2. "Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 25 oktyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, ¹ 19-20, maddə 195);

4.3. "Azərbaycan SSR Mənzil Məcəlləsinin 20-ci maddəsinə əlavələr haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 21 may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986-cı il, ¹ 10, maddə 49);

4.4. "Azərbaycan SSR Mənzil Məcəlləsinin 4-cü maddəsinə əlavələr haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 21 dekabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, ¹ 24, maddə 229);

4.5. "Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 8 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989-cu il, ¹ 11-12, maddə 80);

4.6. "Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 7 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, ¹ 3-4, maddə 20);

4.7. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun III hissəsi (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, ¹ 20, maddə 881);

4.8. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun II hissəsi (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, ¹ 8, maddə 157);

4.9. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun VI hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 4, maddə 287);

4.10. "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun III hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹10, maddə 570);

4.11. "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun I hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə 144);

4.12. "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun I hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə 138);

4.13. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 1, maddə 1);

4.14. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun I hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 1, maddə 2);

4.15. "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi normativ hüquqi aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanununun I hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹6, maddə 328);

4.16. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanununun I hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 401);

4.17. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun I hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442);

4.18. "Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 315-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun I hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 348);

4.19. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun I hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 7, maddə 602);

Maddə 5. Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Maddə 6. Bu qanun 2009-cu il oktyabrın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 2 sentyabr.- S. 3.