"Azərbaycan
Respublikasının ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin Dövlət reyestrinin aparılması və
onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin Dövlət reyestrinin aparılması və
onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mövcud ərazi
vahidləri və inzibati ərazi dairələri barədə
məlumatların Ərazi vahidlərinin Dövlət reyestrinə
daxil edilməsini (Ərazi vahidlərinin Dövlət
reyestrinin formalaşdırılması) 2011-ci il sentyabrın
1-dək başa çatdırmaq məqsədi ilə ərazi
vahidlərinin və inzibati ərazi dairələrinin "Azərbaycan
Respublikasının ərazi vahidlərinin Dövlət
reyestrinin aparılması və onlara şəhadətnamələrin
verilməsi haqqında Əsasnamə"nin 8.1.1-ci və
8.2.1-ci bəndlərində nəzərdə tutulmuş xəritələrin
hazırlanmasının sürətləndirilməsi
üçün zəruri xüsusi avadanlıq, nəqliyyat
vasitələri və digər ləvazimatların
alınmasına tələb olunan zəruri maliyyə vəsaitinin
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinə ayrılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasının ərazi
vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət
reyestrinin aparılması və onlara şəhadətnamənin
verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinə tapşırılsın ki, Ərazi vahidlərinin
Dövlət reyestrinin mərhələli şəkildə
formalaşdırılmasını 2011-ci il sentyabrın 1-dək
başa çatdırmaq məqsədi ilə ərazi vahidlərinin
və inzibati ərazi dairələrinin xəritələrinin
Ərazi vahidlərinin Dövlət reyestrini aparan orqana təqdim
edilməsini təmin etsin və görülən işlər
barədə hər rüb Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına məlumat versin.
3. Yerli icra hakimiyyəti
orqanlarına tapşırılsın ki, Ərazi vahidlərinin
Dövlət reyestrinin formalaşdırılması
üçün öz səlahiyyətləri daxilində zəruri
tədbirlər görsünlər.
4. "Azərbaycan
Respublikasının ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin Dövlət reyestrinin aparılması və
onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 527 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹ 2, maddə 93) aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 2.1-ci bənddə
"və 8.5-ci" sözləri ", 8.2-ci və
8.7-ci" sözləri ilə əvəz edilsin;
4.2. 2.2-ci bənddə
"və 8.2-ci" sözləri ", 8.1.2-ci və
8.2.2-ci" sözləri ilə əvəz edilsin;
4.3. 2.3-cü bənddə
"3.4.3-cü və 8.3-cü" sözləri "8.1.1-ci
və 8.2.1-ci" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 2 sentyabr.- S.2.