"Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 187 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında

 

"Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alıram:

"Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 187 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 497;

2006-cı il, № 7, maddə 590; 2008-ci il, № 6, maddə 498) 2-ci bəndinin altıncı abzasında "25-ci maddəsinin on birinci abzasında" sözləri "25-ci maddəsinin yeddinci abzasında" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 2 sentyabr.- S. 3.