1. 2009-cu il iyulun 17-də
Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq
Təşkilatı (GTZ) arasında təbii sərvətlərin
davamlı idarə olunması sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə tapşırılsın ki, bu sərəncamın
1-ci bəndində göstərilən Memorandumun həyata
keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Memorandumun qüvvəyə minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi
barədə Almaniya Federativ Respublikası tərəfini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 2 sentyabr.- S. 3.