2008/2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun olaraq qərara alıram:

1. 2008/2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda adları qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:

 

Abşeron rayonu Xırdalan şəhəri 2 nömrəli orta məktəb

Ağcabədi şəhəri 3 nömrəli texniki-humanitar fənlər təmayüllü məktəb-lisey

"Ankara məktəbi" məktəb-liseyi

Bakı şəhəri Humanitar fənlər gimnaziyası

Bakı şəhəri "İstedad" Beynəlxalq Təhsil Kompleksi

Bakı şəhəri Texniki-humanitar lisey

Bakı şəhəri 2 nömrəli texniki-humanitar elmlər liseyi

Bakı şəhəri 3 nömrəli orta məktəb

Bakı şəhəri 17 nömrəli orta məktəb

Bakı şəhəri 18 nömrəli orta məktəb

Bakı şəhəri 20 nömrəli məktəb-lisey

Bakı şəhəri 32 nömrəli orta məktəb

Bakı şəhəri 47 nömrəli orta məktəb

Bakı şəhəri 54 nömrəli orta məktəb

Bakı şəhəri 72 nömrəli məktəb-lisey

Bakı şəhəri 190 nömrəli orta məktəb

Bakı şəhəri 191 nömrəli orta məktəb

Bakı şəhəri 204 nömrəli orta məktəb

Bakı şəhəri 212 nömrəli orta məktəb

Bakı şəhəri 214 nömrəli orta məktəb

Bakı şəhəri 239 nömrəli orta məktəb

Bakı şəhəri 240 nömrəli orta məktəb

Bakı şəhəri 244 nömrəli orta məktəb

Bakı şəhəri 249 nömrəli orta məktəb

Bakı şəhəri 261 nömrəli məktəb-lisey

Bakı şəhəri 264 nömrəli məktəb-lisey

Bakı şəhəri 267 nömrəli məktəb-lisey

Bakı şəhəri 290 nömrəli orta məktəb

Bərdə şəhəri 2 nömrəli orta məktəb

Göyçay şəhəri 7 nömrəli orta məktəb

İsmayıllı rayonu İsmayıllı kənd orta məktəbi

İsmayıllı rayonu İvanovka kənd orta məktəbi

İsmayıllı şəhəri 3 nömrəli orta məktəb

Kəngərli rayonu Qıvraq qəsəbə orta məktəbi

Kürdəmir şəhəri 2 nömrəli orta məktəb

Kürdəmir şəhəri 6 nömrəli orta məktəb

Qazax şəhəri 1 nömrəli orta məktəb

Lənkəran şəhəri 10 nömrəli orta məktəb

Masallı şəhəri "Dəfinə" məktəb-liseyi

Mingəçevir şəhəri texniki-humanitar lisey

Naxçıvan şəhər hərbi liseyi

Naxçıvan şəhəri 705 saylı hərbi hissənin orta məktəbi

Salyan şəhəri 4 nömrəli orta məktəb

Salyan şəhəri 7 nömrəli texniki fənlər təmayüllü məktəb-lisey

Sumqayıt şəhəri "Təfəkkür" liseyi

Sumqayıt şəhəri 1 nömrəli orta məktəb

Sumqayıt şəhəri 11 nömrəli orta məktəb

Ucar şəhəri 5 nömrəli orta məktəb

Zaqatala şəhəri 1 nömrəli orta məktəb

Zərdab şəhəri 3 nömrəli orta məktəb

 

2. Bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş pul mükafatları Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü bəndinə uyğun ödənilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 2 sentyabr.- S.3.