Kütləvi informasiya vasitələrinə
maliyyə dəstəyi
müsabiqəsinin nəticələri
açıqlanmışdır
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun 2009-cu il üçün kütləvi
informasiya vasitələrinə (KİV) maliyyə dəstəyi
müsabiqəsinin nəticələri
açıqlanmışdır.
Fondun icraçı
direktoru Vüqar Səfərli bununla əlaqədar
sentyabrın 1-də mətbuat konfransı keçirmişdir.
V.Səfərli
müsabiqənin gedişi, qalib KİV-lərin və təşkilatların
seçim mexanizmi barədə ətraflı məlumat
vermişdir. Bildirilmişdir ki, 2009-cu il iyulun 1-də elan
edilmiş müsabiqədə iştirak etmək
üçün fonda 112 layihə təklifi təqdim
olunmuşdur. Onlardan 109-u birbaşa, 3 layihə isə
poçt vasitəsi ilə daxil olmuşdur.
Layihə müəlliflərinin
25-i tələb olunan bütün sənədləri təqdim
etmədiyi və ya lazımi qaydada hazırlamadığı
üçün onlara baxılmaqdan imtina olunmuşdur. Ekspertlərə
qiymətləndirmə üçün 87 layihə təqdim
edilmişdir. Qiymətləndirmədə media və layihələrlə
iş sahəsində təcrübəsi olan, respublikada
tanınan 12 ekspert iştirak etmişdir. Hər layihəyə
3 ekspert qiymət vermişdir.
Qiymətləndirmə
zamanı isə 15 layihə zəruri keçid balını
toplaya bilməmişdir. 17 layihə, ümumilikdə zəruri
keçid balını toplasa da, öz istiqamətində digər
layihələrdən az bal topladığı
üçün qalib ola bilməmişdir.
Beləliklə, təqdim
edilən 55 layihə müsabiqənin qalibi olmuşdur. Onlardan
30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatları
və 6-sı digər əlaqəli təşkilatlardır.
Sonra fondun Müşahidə
Şurasının sədri Ümid Mirzəyev və
Müşahidə Şurasının üzvü, Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov
çıxış edərək qalibləri təbrik
etmişlər. Onlar müsabiqənin Azərbaycanda mətbuatın
inkişafına göstərəcəyi təsiri
vurğulamış, bu sahədə KİV-lərin
qarşısında duran vəzifələrdən
danışmışlar.
Bir fikir xüsusi
vurğulanmışdır ki, bu müsabiqə dövlətin
KİV-lərə yardımının davamıdır.
Layihələrin qəbulu
və qiymətləndirilməsi ilin sonunadək davam edəcəkdir.
Gələn ildən isə
layihələrin istiqamətinin, sayının, eləcə də
fondun büdcəsinin artacağı gözlənilir.
Müsabiqənin nəticələrindən
narazı qalan layihə rəhbərləri sentyabrın 5-dək
şikayət ərizəsi ilə fonda müraciət edə
bilərlər. Şikayət ərizələri onların
öz iştirakı ilə araşdırılacaq və
müvafiq qərar qəbul olunacaqdır.
Mətbuat konfransında
fondun Müşahidə Şurasının sədri Ümid
Mirzəyev qaliblərin adlarını
açıqlamışdır:
"Ədalət" qəzeti
"Azadlıq" qəzeti
"Bakı-xəbər"
qəzeti
"Xalq cəbhəsi"
qəzeti
"Səs" qəzeti
"Kaspi" qəzeti
"525-ci qəzet"
"Olaylar" qəzeti
"Azad Azərbaycan"
qəzeti
"Palitra" qəzeti
"AzərNews" qəzeti
"Novoye vremya" qəzeti
"Ülfət" qəzeti
"Şərq" qəzeti
"Üç nöqtə"
qəzeti
"Paritet" qəzeti
"Mövqe" qəzeti
"Yeni Azərbaycan"
qəzeti
"Bizim yol" qəzeti
"Oxu məni" qəzeti
"Hərbi and" qəzeti
"Addım" qəzeti
"Futbol+Qol" qəzeti
"Mərkəz" qəzeti
"Proqnoz" qəzeti
"Vətən
uğrunda" qəzeti
"Paralel" qəzeti
"Yeni Müsavat"
qəzeti
"Həftə
içi" qəzeti
"Təzadlar" qəzeti
"Trend"
İnformasiya Agentliyi
"ASSA-İradə"
İnformasiya Agentliyi
"The First News"
İnformasiya Agentliyi
"Olaylar"
İnformasiya Agentliyi
"AZADİNFORM"
İnformasiya Agentliyi
"Azəri Press"
İnformasiya Agentliyi
"Səs"
İnformasiya Agentliyi
"Beynəlxalq Avrasiya
Mətbuat Fondu"
"RUH" Azərbaycan
Jurnalistləri Komitəsi
"Yeni fikir"
Jurnalist Həmrəyliyi İctimai Birliyi
"Müstəqil
Araşdırmaçı Jurnalistlər" Liqası
"Azərbaycan
Müstəqil Jurnalistlər" Liqası
Azərbaycan Mətbuat
Şurası
"Zərdabi Mətbuat
Mərkəzi" İctimai Birliyi
"Jurnalist
Qadınlar" Assosiasiyası
"Tərəfsiz Jurnalistlər"
İctimai Birliyi
Jurnalistlərin Həmkarlar
İttifaqı
Azərbaycan Jurnalistlər
Birliyi
"Azərbaycan
Demokratik Jurnalistlər" Liqası
"Polisə Dəstək"
İctimai Birliyi
"Hüquqi Tədqiqatlar
Mərkəzi" İctimai Birliyi
"İctimaiyyətlə
Əlaqələrin İnkişafı" İctimai Birliyi
"Sən Tək Deyilsən"
İctimai Birliyi
"Müstəqil
Hüquq Mərkəzi" İctimai Birliyi
"Qloballaşma və
Milli Həmrəylik" İctimai Birliyi.
AzərTAc
Azərbaycan.- 2009.- 2 sentyabr.- S.11.