1. 2009-cu il iyunun 8-də
Berlin şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və Almaniya
Federativ Respublikasının Federal Daxili İşlər
Nazirliyi arasında ikitərəfli əməkdaşlığa
və qarşılıqlı yardıma dair Birgə Niyyət
Bəyannaməsi" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən sənədin həyata keçirilməsini
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 3 sentyabr.- S. 1.