1. 2009-cu il iyunun 25-də
Brüssel şəhərində imzalanmış "Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi və
Türkiyə Respublikası Gömrük Müstəşarlığı
arasında kadrların peşəkar hazırlığı
sahəsində əməkdaşlıq haqqında Protokol"
təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Protokolun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Protokolun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Türkiyə
Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 3 sentyabr.- S. 2.