"Sahibkarlıq fəaliyyəti
subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə"
prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun icrası ilə əlaqədar qərara
alıram:
1. "Sosial
sığorta haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹5, maddə 349; 2006-cı il,
¹7, maddə 587; 2007-ci il, ¹12, maddə 1226) 2-ci bəndinin
ikinci abzasında "13-cü maddəsinin ikinci və
üçüncü hissələrində" sözləri
"13-cü maddəsinin ikinci və dördüncü hissələrində"
sözləri ilə əvəz edilsin, həmin bəndin
üçüncü abzasının sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda
dördüncü abzas əlavə edilsin:
"həmin qanunun
13-cü maddəsinin üçüncü hissəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Vergilər Nazirliyi həyata
keçirir.".
2. "Yol hərəkəti
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il,
¹11, maddə 666; 2001-ci il, ¹7, maddə 459; 2003-cü il,
¹10, maddələr 546, 571; 2004-cü il, ¹8, maddə
617, ¹12, maddə 1005;
2006-cı il, ¹9, maddə
743) 2-ci bəndinin dördüncü abzasında "16-cı
maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində"
sözlərindən sonra "(birinci halda)" sözləri əlavə
edilsin və həmin bəndə aşağıdakı məzmunda
iyirmi yeddinci abzas əlavə edilsin:
"həmin qanunun
16-cı maddəsinin 1-ci hissəsinin üçüncü
cümləsində (ikinci halda) nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata
keçirir.".
3. Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹8, maddə 719) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Müəllif
Hüquqları Agentliyi haqqında Əsasnamə"nin 7.7-ci
bəndində "qeydiyyatını aparmaq" sözləri
"uçotunu aparmaq" sözləri ilə əvəz
edilsin.
4. "Baytarlıq
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il,
¹11, maddə 1011) 1.4-cü və 1.54-cü bəndləri
çıxarılsın.
5. "Qiymətli
metallar və qiymətli daşlar haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹11, maddə 1012; 2008-ci il,
¹3, maddə 165) 1.4-cü və 2.5-ci bəndləri
çıxarılsın.
6. "Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli
sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹3, maddə 168) 2-ci bəndinə
aşağıdakı məzmunda dördüncü abzas əlavə
edilsin:
"Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikası Qanununun 40-cı maddəsinin
üçüncü hissəsinin yeddinci abzasında nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Vergilər Nazirliyi və Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri
daxilində həyata keçirirlər.".
7. "Qiymətli
metallar və qiymətli daşlarla əməliyyatlar aparan
hüquqi şəxslərin, hərbi hissələrin, hərbi
qurumların və sahibkarlıq fəaliyyəti ilə
hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxslərin
uçotunun aparılması Qaydaları"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 19 mart tarixli 556 nömrəli fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
¹3, maddə 235) qüvvədən düşmüş hesab
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 3 sentyabr.- S. 1.