Ədliyyə Nazirliyində görüş

 

Sentyabrın 2-də ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdə yeni təyin olunmuş səfiri Məmmədbağır Bəhrami ilə görüşmüşdür.

Azərbaycan və İran arasında dostluq əlaqələrinin inkişaf etdiyini bildirən nazir dövlətlərimiz arasında zəngin müqavilə-hüquq bazasının mövcudluğunu, Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış sazişin, qarşılıqlı səfərlərin və aparılmış təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamış, hüquqi sahədə əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana səfəri ilə regionda strateji əhəmiyyətə malik olan ölkələrimiz arasında münasibətlərdə yeni səhifənin açıldığını bildirən səfir bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.

Görüşdə hüquqi əməkdaşlığın perspektivləri müzakirə olunmuş, qarşılıqlı hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.
Qonaq nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olmuşdur.

 

 

Ədliyyə Nazirliyi

mətbuat xidmətinin

məlumatı

 

Azərbaycan.- 2009.- 3 sentyabr.- S. 2.