Regionların hərtərəfli inkişafı Azərbaycanın
iqtisadi və siyasi potensialını gücləndirir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də
Hacıqabul rayonuna gəlmişdir.
Dövlətimizin
başçısı əvvəlcə rayon mərkəzindəki
Heydər Əliyev parkında xalqımızın ümummilli
liderinin abidəsini ziyarət edərək gül dəstəsi
qoymuşdur.
Prezident İlham Əliyevə
məlumat verən rayon icra hakimiyyətinin
başçısı Əhməd Muxtarov dedi ki,
açılışı 2008-ci il mayın 10-na - ulu öndərin
doğum gününə təsadüf edən parkın
ümumi sahəsi 1,5 hektardır. Burada geniş
abadlıq-quruculuq işləri aparılmış,
yaşıllıq zolağı salınmış, fəvvarələr
quraşdırılmışdır. Müasir formada
işıqlandırılmış Heydər Əliyev
parkında sakinlərin istirahəti üçün hər
cür şərait yaradılmışdır.
Dövlətimizin
başçısı rayonda aparılan abadlıq və
yaşıllaşdırma tədbirləri ilə bağlı
tapşırıq və tövsiyələrini verdi
Azərbaycan.- 2009.-4 sentyabr.- S.1.