Regionların hərtərəfli inkişafı Azərbaycanın iqtisadisiyasi potensialını gücləndirir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna səfəri

 

Heydər Əliyev Muzeyi ilə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Hacıqabul şəhərində Heydər Əliyev Muzeyi ilə tanış olmuşdur.

Heydər Əliyev parkının ərazisində yerləşən muzey 2008-ci ildə inşa olunmuşdur. Ümumi sahəsi 204 kvadratmetr olan muzeydəki eksponatlar ulu öndərin müxtəlif dövrlərdə respublikamızın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin ayrı-ayrı məqamlarını, xarici səfərlərini əks etdirir.

Muzeydə ulu öndərin uşaqlıq və gənclik illərinə aid şəkillər, ötən əsrin 70-80-ci illərində və müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə rəhbərlik etdiyi dövrləri əhatə edən eksponatlar ayrı-ayrı bölmələrdə yerləşdirilmişdir. Muzeyə gələnlər burada quraşdırılan monitor vasitəsilə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoxronikaya da baxa bilirlər.

Dövlətimizin başçısı muzeylə tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 sentyabr.- S. 1.