YAP Suraxanı rayon təşkilatında
seçki qərargahı
yaradılmışdır
Bələdiyyə
seçkiləri ilə bağlı Yeni Azərbaycan
Partiyası (YAP) Suraxanı rayon təşkilatında
seçki qərargahı yaradılmışdır.
Bu barədə məlumat
verən rayon təşkilatının sədri Vüqar Seyidov
bildirmişdir ki, seçki qərargahına partiyanın ən
fəal üzvləri cəlb olunmuşdur.
Hazırda rayon təşkilatında
103 ilk partiya təşkilatı fəaliyyət göstərir.
Təşkilat üzvlərinin sayı isə 6400 nəfərdir.
V.Seyidov əmin
olduğunu bildirmişdir ki, təşkilat üzvləri bələdiyyə
seçkilərində üzərlərinə düşən
vəzifələrin öhdəsindən layiqincə gələ
biləcəklər.
Qeyd edək ki,
Suraxanı rayonunda 6 qəsəbə bələdiyyəsi fəaliyyət
göstərir və seçkilər bu yerli
özünüidarəetmə strukturları üzrə
keçiriləcəkdir.
Azərbaycan.- 2009.- 3
sentyabr.- S. 3.