2016-cı il
Olimpiadasının keçirilməsi
hüququ uğrunda mübarizə finişə
çıxmışdır
2016-cı il
Olimpiadasının paytaxtının seçkilərinə
düz bir ay qalmış Beynəlxalq Olimpiya Komitəsi
dörd namizəd şəhərdə olmuş qiymətləndirmə
komissiyasının müfəssəl hesabatını
açıqlamışdır.
Komissiyanın 13
üzvü Tokio, Rio-de-Janeyro, Çikaqo və Madrid şəhərlərinə
səfər etmiş və 98 səhifəlik sənəd
hazırlamışdır. Komissiya üzvləri həmin sənəddə
müraciət edənlərin güclü və zəif cəhətləri
barədə rəylərini ifadə etmişlər.
Komissiya üzvləri, həmçinin
bildirmişlər ki, hələlik 2016-cı il
Olimpiadasını keçirmək hüququnu əldə etmək
uğrunda mübarizədə aşkar favorit yoxdur. Xatırladaq
ki, qalib oktyabrın 2-də Kopenhagendə keçiriləcək
sessiyada Beynəlxalq Olimpiya Komitəsinin bütün üzvlərinin
üç mərhələli səsverməsi gedişində
müəyyənləşdiriləcəkdir.
Qeyd edək ki, Bakı
da 2016-cı ilin Olimpiya oyunlarını keçirmək barədə
BOK-a müraciət etmişdir.
Azərbaycan.- 2009.- 4 sentyabr.- S. 3.