"Məcburən erməniləşdirilmə" kitabı təqdim olunmuşdur
Kitab Azərbaycanın
İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata
keçirdiyi "Qarabağ abidələri tariximizin əbədi
yaddaşıdır" layihəsi çərçivəsində
çap edilmişdir.
Azərbaycan və rus
dillərində nəşr edilmiş kitabda toplanan materiallarda
Azərbaycan torpaqlarının necə erməniləşdirildiyindən
bəhs olunur. Müəllif Azərbaycan torpaqlarında illərdən
bəri davam edən erməniləşdirilmə, məskunlaşdırılma,
etnik təmizləmə, deportasiya, soyqırımı və digər
hadisələr haqqında öz fikirlərini əsaslandırmışdır.
Ermənilərin kimliyi, mədəniyyəti, məşğuliyyəti,
onların Cənubi Qafqazda yerləşdirilməsinin səbəbləri
çox aydın şəkildə izah edilir.
Çıxış edənlər
kitabın əhəmiyyətindən və məziyyətlərindən
danışaraq bildirmişlər ki, 1828-ci ildə Rusiya ilə
İran arasında bağlanmış sülh sazişindən
sonra İrəvan xanlığı ərazilərinə ilk
erməni ailələrinin köçürülüb məskunlaşdırılmasına
başlanmışdır. Ermənilərin bizim ərazilərdə
məskunlaşdırılmasının coğrafiyası
genişləndikcə burada yaşayan azərbaycanlıların
digər ərazilərə köçürülmə
prosesi getdikcə sürətlənirdi. Vəziyyət o həddə
çatmışdı ki, evlərini könüllü olaraq
tərk etmək istəməyən vətəndaşlar zorla
çıxarılırdı. Bununla da ermənilər müsəlman
dini abidələri, türbələri, qəbirüstü
abidələri, totemləri, inanc yerlərini, məscidləri,
qəbiristanlıqları talan etməyə başladılar. Onlar
Cənubi Qafqazdan azərbaycanlıların izlərini tamamilə
silməyə çalışırdılar. Təkcə
1992-ci ildən indiyədək 1700 tarix və mədəniyyət
abidəsinin adları dəyişdirilərək erməni
adları ilə əvəz edilmişdir. İşğal
dövründə 100 mindən çox muzey eksponatı və
şəxsi kolleksiyalar, bədii sənət nümunələri,
zinət əşyaları qarət edilərək Ermənistana
daşınmışdır.
Nəfis tərtibatla,
yüksək poliqrafik keyfiyyətlə "Nurlar" nəşriyyatında
çap olunmuş kitabda çoxlu fotoşəkil
verilmişdir. Şəkillərdə işğal edilmiş ərazilərdəki
memarlıq abidələri üzərindəki yazıları,
ornament və naxışları ermənilərin dəyişdirdiyi
aydın görünür.
AzərTAc
Azərbaycan.- 2009.- 4 sentyabr.- S. 3.