Mərkəzi Seçki Komissiyası
aşağı seçki
komissiyalarının üzvləri
üçün kurslara
başlayır
Mərkəzi Seçki
Komissiyası (MSK) sentyabrın 7-də Prezident İlham Əliyevin
"Azərbaycan Respublikasında İnsan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planı"nın təsdiq edilməsi haqqında" sərəncamının
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının bazasında bu ali təhsil ocağı ilə
birgə dairə seçki komissiyalarının sədrləri
üçün seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar keçirəcəkdir.
MSK-nın mətbuat xidmətindən
bildirmişlər ki, kursların keçirilməsindən məqsəd
dövlətimizin başçısının həmin sərəncamına
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının
qarşısında qaldırılmış vəzifələrin
icrası ilə bağlı seçki sahəsində maarifləndirmə
işini gücləndirmək, dairə seçki
komissiyaları (DSK) sədrlərinin peşəkar
hazırlığını artırmaqdır.
Kurslar başlanmazdan əvvəl
MSK üzvləri və DSK sədrləri Fəxri xiyabanda ulu
öndər Heydər Əliyevin məzarını ziyarət
edəcəklər. Sonra isə seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursların
açılışı olacaqdır. Kursların
açılış mərasimində MSK sədri Məzahir
Pənahov, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının şöbə müdirləri Zeynal
Nağdəliyev və Şahin Əliyev, Dövlət İdarəçilik
Akademiyasının rektoru Seyfəddin Qəndilov və digər
rəsmi şəxslər iştirak edəcəklər.
Sentyabrın 12-dək
davam edəcək kurslarda Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev,
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə,
daxili işlər nazirinin müavini Oruc Zalov, Ədliyyə
Nazirliyi və Respublika Baş Prokurorluğunun məsul şəxsləri,
MSK-nın üzvləri və şöbə müdirləri,
Şəhər Bələdiyyələri Milli
Assosiasiyasının sədri mühazirələr oxuyacaqlar. Kursların
sonunda DSK sədrlərinə sertifikatlar veriləcəkdir.
Kursların
iştirakçısı olan DSK sədrləri
üçün mədəni-kütləvi tədbirlərin
təşkili də nəzərdə tutulmuşdur. Bu tədbirlər
çərçivəsində onlar Heydər Əliyev Fondu və
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi ilə tanış
olacaqlar.
Sentyabrın 23-dən
25-dək isə dairə seçki komissiyalarının
üzvləri və məntəqə seçki komissiyalarının
sədrləri üçün seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar təşkil
olunacaqdır.
Qeyd edək ki, MSK 2007-ci
ildə də Prezident İlham Əliyevin müvafiq sərəncamının
icrası ilə əlaqədar aşağı seçki
komissiyalarının üzvləri üçün seçki
hüququ üzrə ixtisaslaşdırılmış kurslar
keçirmişdir. Bu kurslarda aşağı seçki
komissiyalarının 31 min üzvü iştirak etmişdi.
AzərTAc
Azərbaycan.- 2009.-5
sentyabr.- S. 1.