YAP-ın mərkəzi
qərargahında Kubanın
ölkəmizdəki səfiri
ilə görüş
olmuşdur
Sentyabrın 3-də Yeni
Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi,
Milli Məclisin deputatı Əli Əhmədov partiyanın mənzil-qərargahında
Kuba Respublikasının Azərbaycandakı səfiri Marselo
Kabalyero Torres ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Kuba
münasibətlərinin mövcud səviyyəsi və
pespektivləri barədə ətraflı fikir mübadiləsi
aparılmış, iki ölkə arasında əlaqələrin
inkişaf etdirilməsi imkanları qeyd olunmuşdur.
Əli Əhmədov
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin
son illərdə əldə etdiyi sosial-iqtisadi uğurlar,
ictimai həyatın bütün sahələrində
qazanılan nailiyyətlər, həmçinin YAP-ın fəaliyyəti
barədə qonağa geniş məlumat vermişdir.
Marselo Kabalyero Torres
Kubanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli prinsipini birmənalı
olaraq dəstəklədiyini vurğulamışdır.
YAP icra katibinin
müavini Mübariz Qurbanlı görüşdə
iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 5 sentyabr.- S. 2.