Musiqiçilərimiz "Şərq təranələri" beynəlxalq
musiqi festivalında birincilik qazanmışlar
YUNESKO-nun təşkilati
dəstəyi ilə Səmərqənd şəhərində
keçirilən "Şərq təranələri" yeddinci
beynəlxalq musiqi festivalı başa
çatmışdır.
Bu münasibətlə
"Trend" İnformasiya Agentliyində təşkil
edilmiş mətbuat konfransı Azərbaycan Milli Elmlər
Akademiyası Memarlıq və İncəsənət
İnstitutunun böyük elmi işçisi, YUNESKO-nun
qeyri-maddi və şifahi mədəni irs üzrə eksperti Sənubər
Bağırova bildirmişdir ki, musiqi festivalında
dünyanın 50-dən çox ölkəsindən gəlmiş
ifaçılar, musiqiçilər, muğam biliciləri və
musiqi nəzəriyyəçiləri iştirak etmişlər.
İki ildən bir keçirilən festivalda Azərbaycanı
"Xarı bülbül" ansamblının müşayiəti
ilə gənc xanəndə Qoçaq Əsgərov təmsil
etmişdir.
Bildirilmişdir ki,
münsiflər heyətinin qərarı ilə Türkmənistandan
gəlmiş musiqi kollektivi festivalın ən yüksək
mükafatına - "Qran-pri"yə layiq
görülmüş, birinci yeri isə Azərbaycan
musiqiçiləri tutmuşlar.
Xatırladaq ki, müxtəlif
illərdə tanınmış Azərbaycan
ifaçıları "Şərq təranələri"
beynəlxalq festivalında uğurla çıxış edərək
ən yüksək mükafatlara layiq görülmüşlər.
Sonda festival
iştirakçıları jurnalistləri maraqlandıran sualları
cavablandırmışlar.
Azərbaycan.- 2009.- 5 sentyabr.- S. 2.