Braziliya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Luis İnasiu Lula Da Silvaya

 

Hörmətli cənab Prezident!

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Braziliya arasında təşəkkül tapan münasibətlər daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 6  sentyabr.- S.1.