YAP bələdiyyə seçkiləri ilə bağlı yeni konsepsiya hazırlamışdır
Yeni Azərbaycan
Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin
deputatı Əli Əhmədov bildirmişdir ki, YAP dekabrda
keçiriləcək bələdiyyə seçkilərinə
"Azərbaycan bələdiyyələrinin xalqa xidmətinin
səviyyəsini və keyfiyyətini
yaxşılaşdıraq" şüarı ilə gedir.
Ə.Əhmədov qeyd
etmişdir ki, bələdiyyə seçkiləri ilə
bağlı YAP-ın konsepsiyası da
hazırlanmışdır: "Bələdiyyə
seçkiləri yerli özünüidarəetmə
orqanlarına seçkilər olduğuna görə, əsas
ağırlıq təbii ki, yerli təşkilatların
üzərinə düşəcəkdir. Buna görə də
YAP-ın Azərbaycanın bütün rayonlarında olan
qurumları bələdiyyələrə seçkilərlə
bağlı hazırlığa başlamışlar. Bəzi
yerlərdə artıq seçki qərargahları
yaradılmışdır və bizim müəyyənləşdirdiyimiz
konsepsiyanın həyata keçirilməsi istiqamətində
müvafiq addımlar atılır".
AzərTAc
Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 1.