Sosial proqramlar uğurla
reallaşdırılır
Ölkə
başçısının son beş il yarımda
imzaladığı sosial-iqtisadi inkişafa dair dövlət
proqramları qeyri-neft sektorunun möhkəmlənməsinə,
infrastrukturun yeniləşdirilməsinə, iqtisadiyyatın
neftdən asılılıq dərəcəsinin
azaldılmasına, respublikanın bölgələrinin
tarazlı inkişafına gətirib
çıxarmışdır. Aparılan iqtisadi siyasətin
davamı olaraq "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın təsdiq
edilməsi qeyri-neft sektorunun daha sürətli
inkişafına, infrastrukturun daha da
yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə və məşğulluğunun
artırılmasına hesablanmışdır.
Respublikanın
regionlarının sosial-iqtisadi inkişafına dair birinci
Dövlət Proqramının uğurla
reallaşdırılması bölgələrimizdə əlverişli
investisiya mühitinin yaradılmasına, müasir tipli istehsal
müəssisələrinin işə başlamasına, əhalinin
maddi rifahının yaxşılaşmasına gətirib
çıxarmışdır. Ötən beş il yarımda
sosial müdafiə sahəsində aparılan sistemli tədbirlər
də müsbət nəticələr vermişdir.
Ölkə rəhbərliyi
tərəfindən sosial sahəyə olan diqqət və
qayğı davamlı xarakter daşıyır. Sosial siyasətin
başlıca məqsədi əhalinin, o cümlədən
regionlarda yaşayan vətəndaşların həyat şəraitinin
daha da yaxşılaşdırılmasını təmin etməkdən
ibarətdir.
2009-2013-cü illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramında aztəminatlı ailələrə
ünvanlı sosial yardımın göstərilməsi
üçün müvafiq tədbirlərin davam etdirilməsi,
əhalinin, xüsusilə gənc ailələrin mənzilə
olan ehtiyaclarının ödənilməsi məqsədilə
ipoteka kreditləşməsinin mexanizminin təkmilləşdirilməsi,
Qarabağ əlilləri və şəhid ailələrinin mənzil
şəraitinin yaxşlaşdırılması, uşaq və
ailə mərkəzlərinin, o cümlədən xüsusi
istirahət müəssisələrinin və uşaqlar
üçün ixtisaslaşmış xidmət müəssisələrinin
yaradılması məsələləri əhatə
olunmuşdur.
İqtisadi sahədə
əldə olunan nailiyyətlərin effektiv şəkildə
sosial sferaya yönəldilməsi müsbət nəticələr
verməkdədir. Ölkəmizdə
bazar iqtisadiyyatı rrinsiplərinin qorunması ilə
yanaşı, cəmiyyətin aztəminatlı təbəqəsi
üçün sosial yardımların verilməsi sisteminin
formalaşdırılması, bütün səviyyələrdə
ədalətliliyin bərqərar olması aparılan siyasətin
uğurlarından xəbər verir.
Sosial sferada yüksək
nəticələr əldə etmiş qabaqcıl ölkələrin
təcrübəsindən istifadə edilməklə həyata
keçirilən layihələrin bəhrəsini insanlar
öz həyatlarında hiss edirlər. Təsadüfi deyil ki, Azərbaycan
bölgədə həm də ən irimiqyaslı sosial layihələri
gerçəkləşdirən dövlət kimi
tanınır.
Hər il dövlət
büdcəsinin xərclər bölümünün tərtibi
zamanı sosial müdafiəyə ehtiyacı olan təbəqəyə
xüsusi diqqət göstərilir. Bu kateqoriyaya aid insanların (aztəminatlı
ailələrin, rensiyaçıların, əlillərin)
sosial müdafiəsinə ayrılan məbləğ ildən-ilə
artırılır. Milli sosial sistemin və məşğulluq
proqramının inkişafı layihələri uğurla
reallaşdırılmaqdadır. Ölkədə
ünvanlı sosial yardım alanların əhatə dairəsi
genişlənmişdir. Prezident İlham Əliyev demişdir:
"Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6
faiz artmışdır. Çox sevindiricidir ki, qeyri-neft
sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox
gözəl göstəricidir və onu göstərir ki, bizim
iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin
gələcəyi neft amilindən daha az asılıdır. Əlbəttə,
neft-qaz sektorunun inkişafı və bu sahədə
görülən işlər bizim iqtisadi
imkanlarımızı böyük dərəcədə
genişləndirmişdir. Biz də bu gözəl imkanlardan səmərəli
istifadə etdik və iqtisadiyyatımızın digər
sektorlarının inkişafı üçün əməli-praktik
işlər görülmüşdür.
İlin birinci
yarısında sosial məsələlərin həlli də
uğurla davam edir, bütün sosial proqramlar həyata
keçirilir. Məktəb,
xəstəxana tikintisi, digər sosial proqramlar icra edilir,
ünvanlı sosial yardım alan insanların sayı 800 minə
çatmışdır və orta hesabla hər bir ailəyə
yüz manat yardım göstərilmişdir. Bu da çox
böyük məbləğdir və çətin vəziyyətdə
yaşayan soydaşlarımızın sosial vəziyyətinin
yaxşılaşdırlması üçün Azərbaycan
dövləti tərəfindən görülən konkret tədbirdir".
Artıq Azərbaycan vətəndaşlarının
sosial müdafiəsinin gücləndirilməsi üzrə
komrleks tədbirlərin yeni mərhələsinə start
verilib. Onun
başlıca tərkib hissələrindən birini
tibbi-reabilitasiya xidmətinin yenilənməsi təşkil edir
ki, bu da əlillərin cəmiyyət həyatına daha fəal
şəkildə qatılmasını təmin edəcəkdir.
Onlar da hamı kimi fiziki imkanları çərçivəsində
çalışacaq, təhsil alacaq və idmanla məşğul
olacaqlar.
Cari ildə Azərbaycanın
dövlət büdcəsindən əhaliyə ünvanlı
sosial yardımın ödənilməsi üçün 210
milyon manat vəsait ayrılmışdır. Bu, MDB məkanında ən yüksək
göstəricidir. Qeyd edək ki, ölkədə
ünvanlı dövlət sosial yardımının tətbiqinə
başlandığı 2006-cı il iyulun 1-dən bu sahədə
yüksək artım sürəti müşahidə olunur.
2006-cı ildə dövlət büdcəsindən bu məqsəd
üçün 39 milyon manat, 2007-ci ildə 78 milyon manat,
2008-ci ildə isə 127 milyon 500 manat vəsait xərclənmişdir.
Sosial siyasətdə
aktiv tədbirləri genişləndirmək məqsədilə
2010-2013-cü illəri əhatə edəcək "Aztəminatlı
ailələrin sosial reabilitasiyası Dövlət
Proqramı" çərçivəsində 13 layihənin
də reallaşdırılması nəzərdə tutulur. Əhalinin
məşğulluğunun təmini, peşə
hazırlığı və yenidən hazırlıq,
kiçik biznesə dəstək, məktəbdən işə,
kəndli fermer təsərrüfatlarına dəstək, layiqli
əməyin təşkili, psixososial reabilitasiya, sosial xidmətin
təşkili, tibbi sosial reabilitasiya sahələri əhatə
edəcək bu layihələr yoxsulluq problemlərinin tamamilə
həllinə xidmət edəcəkdir
Əməkhaqların,
rensiyaların və müavinətlərin ildən-ilə
artırılması dövlətin bu sahəyə olan diqqətini
bir daha nümayiş etdirir. Dünyanı bürüyən
maliyyə böhranına baxmayaraq Azərbaycanda sosial
proqramların uğurla icrası böyük uzaqgörənliklə
həyata keçirilən sosial siyasət xəttindən xəbər
verir. İndi də mühüm sosial obyektlərin -
roliklinikaların, uşaq bağçalarının, məktəblərin
tikintisi davam etdirilir və perspektivdə həyata keçirilcək
layihələr üzərində iş gedir.
Ümumiyyətlə,
ölkəmizdə həyata keçirilən səmərəli
iqtisadi islahatlar kursunun yeni dövrün tələblərinə
uyğun daha da zənginləşdirilməsi bütün sahələrdəki
uğurlarımızı şərtləndirmişdir. Sosial sahədə həyata
keçirilən irimiqyaslı layihələr son nəticədə
əhalinin rifah halının daha da
yaxşılaşmasına, yoxsulluq probleminin aradan
qaldırılmasna imkanlar açmışdır. Yoxsulluğun
həddinin 49 faizdən 13 faizə enməsi deyilənləri
bir daha təsdiqləyir. Son beş il yarımda dövlət
başçısı tərəfindən təsdiq edilən
sosial-iqtisadi proqramlar Azərbaycanı dinamik inkişaf yoluna
çıxarmış, Cənubi Qafqazın ən qüdrətli
dövlətinə çevirmişdir. Nüfuzlu beynəlxalq
qurumlar tərəfindən keçirilən sorğuların nəticələri
bir daha sübut edir ki, Azərbaycan xalqı həyata
keçirilən çoxşaxəli islahatlardan
razıdır və bu siyasi kursa alternativ görmür.
E.HACIALIYEV
Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 1,
2.