Milli Olimpiya Komitəsində
Dünya Pauerliftinq Konqresinin prezidenti ilə görüş keçirilmişdir
Sentyabrın 5-də
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
ölkəmizdə səfərdə olan Dünya Pauerliftinq
Konqresinin prezidenti Mayk Sviney ilə
görüşmüşdür.
Mayk Sviney Azərbaycanda
idmanın inkişafı üçün hər cür şəraitin
yaradıldığını vurğulamışdır. Ölkəmizin
idman aləmində artan nüfuzundan danışan qonaq bir
sıra mötəbər beynəlxalq yarışların
keçirilməsi üçün Azərbaycanda əlverişli
imkanların olduğunu söyləmişdir.
Çingiz Hüseynzadə
Azərbaycanda idmanın bütün növlərinə
dövlət tərəfindən yüksək diqqət
göstərildiyini, gənclərin fiziki
sağlamlığı üçün ölkəmizin hər
yerində lazımi idman infrastrukturunun
yaradıldığını bildirmişdir. Vitse-prezident
Dünya Pauerliftinq Konqresi ilə Azərbaycanın müvafiq
idman qurumlarının əməkdaşlığının
gələcəkdə daha da genişlənəcəyinə
ümidvar olduğunu vurğulamışdır.
Görüşdə
iştirak edən Azərbaycan Pauerliftinq Federasiyasının
prezidenti Ələddin Əliyev isə ölkəmizdə son
illər gənclər arasında pauerliftinq idman növünə
marağın artdığını bildirmiş və bu sahədə
görüləcək işləri də diqqətə
çatdırmışdır.
Həmçinin
görüşdə idman sahəsində əməkdaşlığın
perspektivləri barədə geniş fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 2.