Doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın sosial müdafiəsi ildən-ilə gücləndirilir

 

Ölkə rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torraqlarından didərgin düşmüş soydaşlarımızın güzəranının yaxşılaşdırılması, onların rroblem və qayğılarının həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir. Dövlət başçısı İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bəyan etdi ki, "Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır". Ölkəmizdə artıq bütün çadır şəhərcikləri ləğv edilmiş, eləcə də məcburi köçkünlərin məşğulluq rrobleminin həlli yolunda əhəmiyyətli işlər görülməkdədir.

Ümummilli lider Neydər Əliyevin 7 sentyabr 2001-ci il tarixli fərmanı ilə ilk dəfə 500 evdən ibarət 4 qəsəbə salınmışdır. Bu siyasi xətti uğurla davam etdirən dövlət başçısı İlham Əliyev qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son 5 ildə 19 fərman və sərəncam imzalamış, dövlət proqramı və ona əlavələri təsdiq etmişdir. Bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabineti 65 qərar və sərəncam vermişdir. Milli Məclisdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı qanun qəbul edilmişdir. Prezident İlham Əliyevin iştirakı ilə qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunan beynəlxalq konfrans və geniş müşavirələr keçirilmişdir. Ölkədə mövcud olan 12 çadır düşərgəsinin ləğvi başa çatdırılmış, 17 min daimi məskunlaşmamış qaçqın və məcburi köçkün ailəsi yeni qəsəbələrə köçürülmüşdür.
Qaçqınların və məcburi köçkünlərin, aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə bağlı 115 humanitar təşkilat - 60 beynəlxalq, 40 yerli humanitar və onlar tərəfindən təsis edilmiş 15 qeyri-bank təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların fəaliyyətləri, ölkə başçısının müvafiq sərəncamına əsasən, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilir. Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu tərəfindən Azərbaycanın müxtəlif rayonlarında daha 8 mikrolayihənin icrası başa çatmaq üzrədir.

Prezident İlham Əliyev bu günlərdə "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən, 700-ə yaxın məcburi köçkün ailəsi yeni çoxmərtəbəli yaşayış binaları ilə təmin ediləcəkdir. Qeyd edək ki, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintiyə başlanması üçün 2009-cu il dövlət büdcəsindən nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Xatırladaq ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın uğurla icrası nəticəsində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınmış, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisəsi, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.

2009-cu ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə bütövlükdə 312,8 milyon manat sərf edilməsi nəzərdə tutulub. Məcburi köçkünlərin məşğulluğunun təmin olunması istiqamətində də son illər kompleks tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan vətəndaşlarımızın normal yaşayış şəraiti ilə təmin olunmasının canlı şahidinə çevrilmək üçün yeni salınmış qəsəbələrə getmək kifayədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində beynəlxalq səviyyədə də mühüm tədbirlərin həyata keçirilməsi davam etdirilir. 2008-ci ilin martında BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə qəbul edilmişdir. Qətnamədə erməni silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın ərazilərindən çıxarılması tələb edilərək bir daha birmənalı şəkildə göstərilmişdir ki, problemin həlli Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinə əsaslanmalıdır.

Prezident İlham Əliyev müqəddəs ramazan ayı münasibətilə Qafqaz Müsəlmanları İdarəsində iftar mərasimində bildirmişdir: "Xarici siyasətdə bütövlükdə bizim qarşımızda yeganə böyük problem dayanıbdır. O da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan dövləti bu istiqamətdə bütün səyləri göstərir ki, məsələ tezliklə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Bizim səylərimiz, deyə bilərəm ki, danışıqlar prosesində artıq ilk nəticələrini verməkdədir. Bütün dövrlərdə bizim mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas götürülübdür. Yəni danışıqlar bu prinsiplər əsasında aparılır və istənilən razılaşma ancaq bu prinsiplər əsasında ola bilər. Biz bütün dövrlərdə demişik və bu gun də deyirik ki, məsələ ancaq mərhələli yolla həll oluna bilər.

Bu gun danışıqlar mövzusu olan təkliflər məhz mərhələli həlli təmin edir. İşğal edilmiş bütün rayonlar ardıcıllıqla azad ediləcək, soydaşlarımız həmin rayonlara qayıdacaqlar. Orada bütün infrastruktur bərpa olunacaqdır və ondan sonra gələcək mərhələdə Dağlıq Qarabağın hüquqi statusu müəyyən ediləcəkdir. Biz hər zaman demişik ki, əlbəttə, Dağlıq Qarabağın statusu olmalıdır, amma biz bu statusu Azərbaycanın ərazi bütövlüyündən kənarda görmürük və heç vaxt Azərbaycan dövləti buna razı olmayacaqdır".

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 4.