Beynəlxalq festivalda musiqiçilərimiz I yerə sahib olublar

 

YUNESKO-nun təşəbbüsü ilə Özbəkistanın Səmərqənd şəhərində VII beynəlxalq musiqi festivalı keçirildi. Müsabiqədə Azərbaycanın "Sarı gəlin" xalq çalğı alətləri ansamblı sahib olduğu birinciliyi Özbəkistanın xalq artisti Matlyuba Dadabayeva ilə bölüşüb.

"Şərq təranələri" adlı festivalda dünyanın 50-dən çox ölkəsindən gələn ifaçılar musiqiçilər iştirak edirdilər. Azərbaycan Özbəkistandan sonrakı yerləri Türkmənistan, İsrail, Koreya, İtaliya Küveytin musiqi kollektivləri tutub.

 

 

Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 5.