Bolqarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Georgi Pırvanova
Hörmətli cənab Prezident!
Makedoniyanın Ohrid gölündə gəzinti gəmisinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Bolqarıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 7 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 8 sentyabr.- S. 1.