Koreya Xalq Demokratik
Respublikası Dövlət
Müdafiə Komitəsinin
Sədri zati-aliləri cənab Kim Çen İrə
Hörmətli cənab Sədr!
Ölkənizin milli bayramı - Koreya
Xalq Demokratik Respublikasının yaranması günü
münasibətilə Sizi və bütün
xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz
arasında dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı daim xalqlarımızın rifahına xidmət
edəcəkdir.
Sizə ən xoş
arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 26
avqust 2009-cu il
Azərbaycan.-
2009.- 9 sentyabr.- S. 1.