Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində
mövqeyini möhkəmləndirmişdir
Dünya İqtisadi
Forumunun "2009-2010-cu illərdə dünya ölkələrinin
rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında
Hesabat"ında bu barədə bildirilir.
Builki nəticələrə
əsasən, Azərbaycan 18 pillə irəliləmiş və
iqtisadi göstəricilərinə görə bir çox
inkişaf etmiş dövlətləri geridə
buraxmışdır. Sənəddə qeyd edilir ki, "Azərbaycan
makroiqtisadi sabitlik, yüksək milli yığımlar,
böyük büdcə profisiti və dövlət borcunun
azaldılması ilə səciyyələnir".
Göstəricilərə
görə Azərbaycan ötənilki 34-cü pillədən
13-cü pilləyə yüksəlmişdir. Əmtəə
bazarı üzrə göstəricilərdə isə 18 pillə
- 89-cu pillədən 71-ci pilləyə
sıçrayış qeydə alınmışdır. İnkişaf
göstəriciləri sırasında fərdi biznesin
qeydiyyatı üçün müddətin 30 gündən 16
günə, tələb olunan sənədlərin
sayının 13-dən 6-ya endirilməsi də müsbət
amil kimi qeyd olunmuşdur.
Azərbaycan.- 2009.- 9 sentyabr.- S. 1.