Ukraynanın milli bayramı
şərəfinə
Ukraynanın Azərbaycandakı
səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik
Günü münasibətilə sentyabrın 8-də
"Gülüstan" sarayında rəsmi qəbul təşkil
etmişdir.
Ukraynanın Azərbaycandakı
səfiri Boris Klimçuk qəbulda çıxış edərək
bildirdi ki, Ukrayna müstəqilliyini əldə etdikdən
sonra bütün ölkələrlə, eləcə də Azərbaycan
ilə münasibətlər qurulması üçün
konkret addımlar atmışdır. Bu gün dost Azərbaycan
ilə münasibətlər yüksələn xətlə
inkişaf edir və bu işdə dövlətlərimizin
başçılarının xüsusi rolu olmuşdur. Ukrayna
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
səyləri nəticəsində reallaşan bir sıra
regional layihələrin həyata keçirilməsində
yaxından iştirak edir.
Diplomat vurğuladı
ki, parlamentlər səviyyəsində də əlaqələr
genişlənir. Deputatlarımız beynəlxalq təşkilatlarda,
demək olar ki, bütün məsələlərdə eyni
mövqedən çıxış edirlər.
Sonra Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov Prezident
İlham Əliyevin adından mərasim
iştirakçılarını təbrik etmiş, Ukrayna
xalqına sülh və əmin-amanlıq
arzulamışdır.
Nazir ölkələrimiz
arasında dostluq əlaqələrinin tarixindən söhbət
açmışdır.
Bu gün iki ölkə
arasında münasibətlərin bütün sahələri əhatə
edərək, strateji tərəfdaşlıq xarakteri
alması fikri tədbirdə xüsusi
vurğulanmışdır.
Mərasimdə komitə
sədrləri, Milli Məclisin deputatları, xarici ölkələrin
Bakıdakı səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər
Azərbaycan.- 2009.- 9 sentyabr.- S. 3.