Bakı şəhəri təhsil işçilərinin
konfransı keçirilmişdir
Konfrans
iştirakçıları əvvəlcə Heydər Əliyev
Sarayının qarşısına gələrək, ulu
öndərin abidəsi önünə gül-çiçək
dəstələri qoymuş, xatirəsini ehtiramla
anmışlar.
Müvafiq qurumların,
ictimaiyyət nümayəndələrinin, ümumtəhsil
müəssisələri rəhbərlərinin
qatıldıqları konfransda Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva məruzə
ilə çıxış etmişdir. Məruzəçi
ulu öndər, qüdrətli dövlət xadimi Heydər Əliyevin
Azərbaycanda təhsilin inkişafına daim böyük
önəm verdiyini, ümummilli liderimizin siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirildiyini xüsusi vurğulamışdır.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
Azərbaycan təhsilinə daim diqqət və qayğı
göstərdiyi qeyd olunmuşdur.
N.Rzaquliyeva
Bakının ümumtəhsil müəssisələrində
təhsilin inkişafı, müasir tədris şəraitinin
yaradılması, məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən tədbirlər barədə ətraflı
məlumat vermişdir. Bildirmişdir ki, paytaxtın təhsil
müəssisələri artıq yeni tədris ilinə
hazırdır. Bu il Bakı şəhərinin ümumtəhsil
məktəblərində 330 min 500-ə yaxın şagird təhsil
alacaqdır. Onların təlim-tərbiyəsi ilə 34 minə
yaxın müəllim məşğul olacaqdır. Birinci
sinif şagirdlərinin sayı isə 29 minə
yaxındır.
Konfransda
çıxış edən digər natiqlər də cəmiyyətin
tərəqqisində təhsilin mühüm rolunu
vurğulamış, yeni dərs ilində müəllim və
şagirdlərə uğurlar arzulamışlar.
Sonda Bakı şəhərinin
təhsil işçiləri adından Azərbaycan Prezidenti
İlham Əliyevə müraciət qəbul edilmişdir.
Təhsil naziri Misir Mərdanov
konfransda iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 9 sentyabr.- S. 3.