Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə
Hörmətli cənab
Prezident!
Əziz qardaşım!
Ölkənizdə
baş vermiş irimiqyaslı təbii fəlakətin
doğurduğu çoxsaylı insan tələfatı və
dağıntılar barədə xəbər məni olduqca
sarsıtdı.
Bu ağır anlarda dərdinizi
bölüşür, Sizə, həlak olanların ailələrinə
və yaxın adamlarına, bütün Türkiyə
xalqına öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı
verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 9 sentyabr
2009-cu il
Azərbaycan.-2009.- 10 sentyabr.- S. 1.