Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
9-da İtaliya Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Can Luici
Maşanı diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar qəbul etmişdir.
Prezident İlham Əliyev
İtaliyaya uğurlu səfərlərini, orada Baş nazir və
Prezidentlə keçirdiyi görüşləri məmnunluqla
xatırladı. Dövlətimizin başçısı
ölkələrimizin gələcək illərdə də
uğurla əməkdaşlıq edəcəyinə
ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Can Luici
Maşanın ölkəmizdə səfir kimi fəaliyyəti
dövründə Azərbaycan-İtaliya ikitərəfli əlaqələrinin
inkişafı işinə öz töhfəsini verdiyini qeyd
etdi və gələcək fəaliyyətində ona
uğurlar arzuladı.
Səfir
İtaliyanın Azərbaycan ilə əlaqələrə
böyük önəm verdiyini vurğuladı, ölkələrimiz
arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə
əminliyini ifadə etdi. Can Luici Maşa Prezident İlham Əliyevə
onun səfir kimi fəaliyyətinə verdiyi yüksək qiymətə
görə minnətdarlığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 10 sentyabr.- S. 2.