"Azərbaycan
Respublikasında hərbi xidmətə
çağırışın əsasları
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
və qanunvericilikdə nəzərdə tutulmuş digər
silahlı birləşmələrin komplektləşdirilməsi
üçün qərara alıram:
1. 1991-ci ildə
doğulmuş və çağırış günü
üçün 18 yaşı tamam olmuş, habelə
1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək
olan, Respublikanın Silahlı Qüvvələrində və
qanunvericilikdə nəzərdə tutulmuş digər
silahlı birləşmələrdə hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan Azərbaycan
Respublikası vətəndaşları 2009-cu ilin oktyabrın
1-dən 30-dək həqiqi hərbi xidmətə
çağırılsınlar.
2. "Hərbi xidmət
haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş xidmət müddətini keçmiş əsgər,
matros və çavuşlar 2009-cu ilin oktyabrın 1-dən 30-dək
ehtiyata buraxılsınlar.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti
orqanları bu fərmanın icrası üçün
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 10 sentyabr.- S. 2.