Azərbaycan iqtisadi göstəricilərinə görə inkişaf etmiş ölkələri üstələyib

 

Son beş il yarımda iqtisadi sahədə davamlı inkişaf və yüksək nəticələrin əldə edilməsi, dünya təsərrüfat sisteminə sıx inteqrasiya ölkəmizin beynəlxalq arenada yerini möhkəmləndirmişdir. Əldə olunan makroiqtisadi nailiyyətlər ölkədə düzgün siyasət, inkişaf etmiş dövlətlərin beynəlxalq inteqrasiya xüsusiyyətlərini, mütərəqqi dəyişikliklərə və islahatlara necə nail olduqlarını dərindən öyrənmək hesabına mümkün olmuşdur. Respublikamızda demokratikləşmə prosesinin dövlətin siyasi, iqtisadi, sosial, mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməsi deməyə tam əsas verir ki, Azərbaycanda demokratik transformasiya milli inkişaf strategiyasının ana xəttinə çevrilmişdir.

Sosial-iqtisadi sahədə müsbət inkişaf meyillərinin artan xətt üzrə özünü göstərməsi ölkədə həyata keçirilən islahatların düzgünlüyündən xəbər verir. Xalqın mənafeyinə uyğun formada özəlləşdirilmə prosesinin aparılması, sərbəst bazar rəqabəti rrinsirlərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası müsbət nəticələr vermişdir. Sağlam rəqabətə əsaslanan istehsal üçün şəraitin yaradılması özəl sektorun sıçrayışlı inkişafı ilə müşayiət olunmaqdadır. Ölkəmizdə bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşması ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə də ciddi zəmin yaratmışdır.

Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin yüksəlişi, o cümlədən yerli və xarici investisiyaların artması, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılması infrastrukturun yeniləşməsinə, yeni is yerlərinin açılmasına stimul vermişdir. Özəl sektorun ildən-ilə inkişafı güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə imkan yaratmışdır. İnvestisiyaların təşviqi üçün resrublikada münbit səraitin yaradılması, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə edilməsi, xarici karital qoyuluşunun əsas hissəsinin regionların, qeyri-neft sektorunun inkişafına yönəldilməsi hərtərəfli inkişafa gətirib çıxarmışdır.

Cari ilin altı ayında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da respublikanın regionlarında 3400-ə yaxın yeni iş yerinin açılmasna imkan verəcəkdir. Bu il sahibkarlığın inkişafı üçün daha böyük vəsaitin ayrılması nəzərdə tutulur. Dövlət tərəfindən ayrılan kreditlərin məbləği artmaqdadır. Ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulmuşdur. Ötən yeddi ayda həm sənaye istehsalı, həm də kənd təsərrüfatı sahələrində artımın müşahidə olunması deyilənləri bir daha təsdiqləyir.

Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Sahibkarların vergi yükü azaldılmış, bu sistem xeyli dərəcədə sadələşdirilmişdir. Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi, resrublikanın müxtəlif bölgələrində modul tirli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.

Qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi siyasətinin davam etdirilməsi mühüm nəticələrə gətirib çxarmışdır. Ötən altı ayda bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi davam etdirilmiş, bu məqsədlə dövlət büdcəsindən 1 milyard 675 milyon manat vəsait yönəldilmişdir. Həmin vəsaitlərin bir hissəsi sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına ayrılmışdır.

Bu ilin yeddi ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda ümumi daxili məhsul istehsalı 2,7 faiz artmışdır. ÜDM-in 63,3 faizi məhsul istehsal sahələrində, o cümlədən 48,2 faizi sənayedə, 8,8 faizi inşaat kompleksində, 6,3 faizi kənd təsərrüfatında yaradılmışdır.

Ölkə iqtisadiyyatında əldə olunan yüksək nailiyyətlər beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində mövqeyini möhkəmləndirmişdir. Bu, Dünya İqtisadi Forumunun "2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabat"ında da özünü göstərir. Azərbaycan bu ilin nəticələrinə görə 18 pillə irəliləmiş və iqtisadi göstəricilərinə görə bir çox inkişaf etmiş dövlətləri də geridə qoymuşdur. Sənəddə qeyd edilir ki, "Azərbaycan makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisiti və dövlət borcunun azaldılması ilə səciyyələnir".

Hesabatdan məlum olur ki, Azərbaycan ötənilki 34-cü pillədən 13-cü pilləyə yüksəlmişdir. Əmtəə bazarı üzrə göstəricilərdə isə ölkəmiz 18 pillə - 89-cu pillədən 71-ci pilləyə keçmişdir. İnkişaf göstəriciləri sırasında fərdi biznesin qeydiyyatı üçün müddətin 30 gündən 16 günə, tələb olunan sənədlərin sayının 13-dən 6-ya endirilməsi də müsbət amil kimi qeyd olunmuşdur.

Dünya maliyyə böhranına baxmayaraq, ölkə iqtisadiyyatında davamlı inkişafın təmin edilməsi ölkə rəhbərliyinin apardığı iqtisadi inkişaf strategiyasının düzgünlüyünü sübuta yetirmişdir. Azərbaycan hazırda dünyada təkcə böyük neft potensialına malik ölkə kimi deyil, eyni zamanda güclü qeyri-neft sektoru olan dövlət kimi də qəbul olunur. Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycanda qeyri-neft sektoru neft sektorundan daha böyük templərlə artır. Nə üçün? Çünki biz öz imkanlarımızdan səmərəli istifadə edə bilmişik, infrastruktur layihələrinə vəsait ayırmışıq. Kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün vəsaitlər ayrılır, yardımlar edilir və beləliklə, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir. Bu, hər bir ölkənin uğurunun təməlində dayanan məsələdir.

O ki qaldı sosial siyasətə, bu, artıq ölkələrin prioritetindən asılıdır. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının qanunları bəzən çox sərt olur. Ancaq biz bazar iqtisadiyyatının bütün prinsiplərini Azərbaycanda tətbiq etməklə yanaşı, elə etməliyik ki, güclü sosial müdafiə, sosial siyasət, insanlara qayğı olsun. Bu da Azərbaycanda vardır və mən heç şübhə etmirəm ki, növbəti illərdə ölkəmiz daha da inkişaf edəcək, daha da güclənəcəkdir. Demək olar ki, dünyanı bürümüş maliyyə böhranı Azərbaycana çox az təsir göstərdi. Bunun da köklü səbəbləri var - düzgün iqtisadi siyasət, siyasi sabitlik, xalqla iqtidar arasında olan birlik və ölkəmizdə mövcud problemlərin vaxtında həlli".

Ölkəmizdə bütün sahələrdə inkişafın təmin edilməsi və buna adekvat olaraq da vətəndaşlarımızın maddi rifah halının yüksəlməsi yeni mərhələdə uğurla davam etdirilən iqtisadi islahatların səmərəliliyindən xəbər verir. Bunun da nəticəsidir ki, Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə rəqabət aparmaq imkanına malik olan ölkəyə çevrilməklə beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirməkdədir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 10 sentyabr.- S. 2.