Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
10-da Ericsson şirkətinin birinci vitse-prezidenti Hans Vestberqi qəbul
etmişdir.
Görüşdə
Ericsson şirkətinin uzun illər Azərbaycanda uğurla fəaliyyət
göstərdiyi qeyd olundu, ölkəmizin informasiya
texnologiyaları sahəsindəki inkişafına görə
keçmiş sovet ölkələri arasında ön
sıralarda olduğu bildirildi. Vurğulandı ki, bu cür
yüksək göstəricilərə dünya miqyasında
da nail olmaq üçün Azərbaycanın böyük
potensialı vardır.
Söhbət zamanı
ölkəmiz ilə Ericsson şirkəti arasında əməkdaşlığın
bundan sonra da genişlənəcəyinə əminlik ifadə
olundu.
AzərTAc
Azərbaycan.- 2009.- 11 sentyabr.- S. 1.