Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli 349 nömrəli "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun işçilərinin say həddinin təsdiq edilməsi barədə" 2006- il 19 aprel tarixli 394 nömrəli fərmanlarına əlavələr dəyişiklik edilməsi haqqında

 

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 6, maddələr 428, 431, ¹ 8, III kitab, maddə 614; 2001-ci il, ¹ 7, maddə 459; 2006-cı il, ¹ 9, maddə 743; 2007-ci il, ¹ 10, maddə 945; 2008-ci il, ¹ 6, maddə 496) 2-ci bəndində "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin," sözlərindən sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin," sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 326; 2008-ci il, ¹ 2, maddə 50, ¹ 4, maddə 260, ¹ 6, maddə 508) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"də:

2.1. 10.10.6-cı yarımbənddə "rəhbərlərini," sözü "rəhbərlərini (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi istisna olmaqla)," sözləri ilə əvəz edilsin;

2.2. Əsasnaməyə aşağıdakı məzmunda 10.10.6-1-ci yarımbənd əlavə edilsin:

"10.10.6-1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, Akademiyanın rəisinin təqdimatına əsasən Akademiyanın rəis müavinlərini vəzifəyə təyin edir;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 11 sentyabr.- S.1.