Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yarandığı ildəki fəaliyyətini uğurlu hesab etmək olar

 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yarandığı ildəki fəaliyyətini ilkin təcrübə kimi uğurlu hesab etmək olar.

Bu fikri Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləmişdir.

Fondun həyata keçirdiyi qrant layihəsini müvəffəqiyyətli hesab edən şöbə müdiri yenicə fəaliyyətə başlayan qurumun işində müəyyən çətinliklərin olduğunu da qeyd etmişdir.

Məsələn, ölkəmizdə KİV-lərin məlumat fəaliyyəti, cəmiyyətdə şəffaflığın təmin edilməsi, insanların informasiya təminatının həyata keçirilməsi bölmələri üzrə təsnifatlaşdırılması müəyyən çətinliklər yaradır.

Narazı mətbuat orqanlarının işinə fərdi şəkildə baxıldığı və fondun növbəti qrant fəaliyyətində nəzərə alınacağı bildirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 sentyabr.- S. 2.